SON DƏQİQƏ:

Bakıda Polad Həşimovun adına park salınır - FOTO

  20147   |  
Şriftin ölçüsü  

Bakıda Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun adına park salınır.

Bu barədə Adalet.az-a Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, park rayonun Polad Həşimov küçəsində yerləşir:

"Sözügedən park daha əvvələr də olub, hazırda orada tamamilə yenidənqurma və abadlıq işləri aparılır. Burada general Polad Həşimovun abidəsi qoyulacaq. Hələlik abidənin hansı formada olacağı müzakirə olunur. Abidə kompleksinin üzərində digər şəhidlərimizin də adının əbədiləşdirilməsi nəzərdə tutulur

İcra Hakimiyyətindən əlavə olunub ki, parkda aparılan abadlıq işləri çərçivəsində yararsız oturacaq və söhbətgahlar sökülərərək ərazidən daşınıb, yeni suvarma xətlərinin və müasir işıqlandırma sistemlərinin quraşdırılması işlərinə başlanılıb, həmçinin ağaclar budanıb, səki daşları düzülüb:

"Əhalinin istirahəti üçün söhbətgahların quraşdırılması, yeni oturacaqların qoyulması nəzərdə tutulub. Ərazidə yaşıllıq zolaqları və qazon örtüyü salınacaq, o cümlədən müxtəlif növ ağaclar, yeni dekorativ kollar əkiləcək. İşlərin ən yaxın günlərdə başa çatdırılması və parkın sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK