SON DƏQİQƏ:

Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib - FOTO

  14704   |  
Şriftin ölçüsü  

1992-ci il mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan igid tankçı Albert Aqarunovun anım mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazirliyin bir qrup hərbi qulluqçusu Milli Qəhrəmanın məzarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar.

Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Milli Qəhrəmanın ailə üzvlərinə nazirliyin rəhbərliyi adından başsağlığı çatdırılıb və igid döyüşçü Albert Aqarunov kimi Vətən uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsinin daima əziz tutulduğu vurğulanıb.

Müdafiə Nazirliyinin hərbi qulluqçularının, şəhidin ailə üzvlərinin, Dağ Yəhudiləri Dini İcması üzvlərinin, qəhrəmanın döyüşçü yoldaşlarının və digərlərin iştirakı ilə keçirilən mərasimdə çıxış edənlər Milli Qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışaraq xatirələrini bölüşüblər.

Milli Qəhrəmanın ailə üzvləri də öz növbəsində igid döyüşçünün xatirəsini daim əziz tutulduğu üçün Azərbaycan xalqına və dövlətinə minnətdarlıqlarını bildiriblər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27, 25,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK