adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 May 2021 18:07
32388
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 1 262 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 328 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 312 460 nəfər müalicə olunaraq sağalıb, 4 754 nəfər vəfat edib, aktiv xəstə sayı 11 780 nəfərdir.