adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Iyun 2021 09:20
45240
MƏDƏNİYYƏT
A- A+

Xalq artisti Arif Babayev müalicə üçün təcili Türkiyəyə aparılıb

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar təcili olaraq Türkiyəyə aparılıb.

“Report” xəbər verir ki, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.

Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.

A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.