adalet.az header logo
  • Bakı 7°C
18 Sentyabr 2021 18:01
1157
SİYASƏT
A- A+

Elman Nəsirov: “Ermənistanın arzusu gözündə qalacaq”

“Məlum olduğu kimi, 2021-2022-ci illərdə Kollektif Təhlükəsizlik Müdafiə Təşkilatında (KTMT) sədrlik Ermənistana keçdi. Eyni zamanda gələn il Ermənistanın paytaxtında KTMT-nin Xarici işlər və müdafiə nazirlərinin şurası keçiriləcək. Amma Ermənistan bununla heç bir divident əldə edə bilməyəcək.”

Bu fikirləri millət vəkili  Elman Nəsirov “Adalet.az”-a açıqlamasında “Ermənistanın KTMT-yə sədrliyi əldə etməsi Azərbaycan üçün hansı təhlükələr yarada bilər?” sualını cavablandırarkən dedi. Onun sözlərinə görə, Ermənistanın baş naziri Paşinyan KTMT-nin daxilində böhranın yaranmasının əsas səbabkarıdır. 

"Təşkilatın baş katibini həbs etdirməklə Paşinyan KTMT-nin daxilində gərginliklərin yarançmasına səbəb oldu. İndi də utanmadan KTMT-ni üzvlərinin təhlükəsizliyini təmin etmək üçün daha da dunamik fəaliyyət göstərməyə səsləyir. Təbii ki, niyyəti bəllidir. Ermənistan 44 günlük Vətən Müharibəsində KTMT-ni bu münqaişəyə qatmaq istəsə də, məkrli planı baş tutmadı. İndi də sədrlik Ermənistana keçdiyi üçün Azərbaycan qarşı əlindən gələni edəcək. Çünki biz dəfələrlə bunun şahidi olmuşuq ki, Paşinyan bu təşkilatı öz avantürist planları üçün istifadə etməyə çalışıb. Amma yenə də arzusu gözündƏ qalacaq. Çünki KTMT-yə üzv olan dövlətlərin Azərbaycanla dost, qarşılıqlı əməkdaşlıq müstəvisində möhkəm özülə malik münasibətləri var”,-deyə millət vəkili əlavə etdi.

 

İLTİFAT