SON DƏQİQƏ:

Erməni milyonçusu Qarabağa milyonlarla dollar yatırır: Fantaziyalar bitmədimi?

  524   |  
Şriftin ölçüsü  


Erməni əsilli milyonçuların tamah dişi yenidən işə düşüb. Söhbət Qarabağda tikinti quruculuq işlərinə və digər layihələrə qoyulan böyük pullardan gedir. Azərbaycan ərazisinə qeyri qanuni yolla yatırımlar edilir. Qondarma “dqr”in qondarma “”başçısı”  və hərbi cinayətkar Araik Arutunyan Rusiya sülhməramlıları tərəfindən  həbs edilib Azərbaycana təhvil verilmədikcə hələ bucür araqızışdırıcı xəbərlər çıxmaqda davam edəcək. 


Adalet.az xəbər verir ki, “Taşir” şirkətlər qrupu Ermənistan və Qarabağa 800 milyon dollar yatırmaq niyyətindədir.
Bunu şirkətin rəhbəri Samvel Karapetyan deyib. Onun sözlərinə görə, Ermənistanda rus biznesinin inkişafına əksər hallarda çoxdan mövcud olan ikitərəfli əlaqələr kömək edir.

 


O, 600 milyon dolların Ermənistanın elektroenergetika sisteminin modernləşdirilməsinə yönələcəyini bildirib.
 Bu o Samvel Karapetyan dəfələrlə “Forbes” və “Bloomberq“ jurnallarında ilin milyarderləri siyahısında adı çıxıb. Azərbaycan isə onu ”Qarabağa qanunsuz yollarla silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, əsgəri ləvazimatlar daşıdığına görə tanıyır. Hətta Tovuz döyüşlərindən həmən sonra Rusiyanın Ermənistana 400 tondan çox silah və hərbi texnika verməsində Rusiyada yaşayan bu 3 milyarderin : Samvel Karapetyanın , Ara Abramyanın, Ruben Vardaryanın adı hallanır. S. Karapetyanın bütün bu işlərə görə ittiham olunaraq Azərbaycan Respublikası tərəfindən beynəlxalq axtarışa verilib.

 


Maraqlı nüansın biri də odur ki, ötən ilin dekabrında İş adamı Qarabağdakı uğursuz fəaliyyətə görə hökumətin istefa verməsini, hakimiyyətin qansız dəyşidirilməsini vacib sayır və Nikol Paşinyanı istefaya səsləyirdi.
 
Qeyd edək ki, o uzun illərdir Rusiyada qazandığı maliyyə vəsaitlərini Ermənistan və Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin investisiya layihələrinə yatırırdı. Şəxsi sərvəti Ermənistanın dövlət büdcəsaindən 2 dəfəyə yaxın çox olan Samvel Karapetyan 2,5 milyard dollar şəxsi sərvətlə Rusiyanın 39-cu ən zəngin iş adamıdır. O, Ermənistan hakimiyyətinin çəkindiyi və bütün istəklərini həvəslə yerinə yetirdiyi biznesmen kimi tanınır.

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK