adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2021 11:55
1078
GÜNDƏM
A- A+

Azərbaycan hərbçiləri tələb etdi: “Qondarma rejimin bayrağı endirilsin”

Rus sülhməramlıları  100-ə yaxın ermənini Xocavənd rayonunun Sos kəndi ərazisində yerləşən alban xristian monastırına gətiriblər. Həmin vaxt Azərbaycan hərbçiləri monastırın ərazisində dalğalanan qondarma rejimin bayrağının endirilməsini tələb ediblər.

Adalet.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Xocavənd rayonunun Cütçü kəndinin icma rəhbəri Lernik Avanesyan məlumat  yayıb. 

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan tərəfi döyüş postundan da “Artsax”ın bayrağının yığışdırılmasını tələb ediblər.

Rus hərbçiləri vəziyyəti sabitləşdirmək üçün qondarma bayrağı erməni bayrağı ilə əvəz etməyi təklif ediblər.