adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Sentyabr 2021 15:20
2301
SİYASƏT
A- A+

Asatryan: “Onların kəşfiyyatı az qala İrəvana da sıza - Hadrutda belimizi qırdılar”


Ermənistanda Arsen Asatryan adlı biri var.  “Ölmüş erməni əsgərlərinin qohumları” İctimai birliyinin sədridi. Bu gün  erməni mətbuatına sensasion bir çıxış edib.


Adalet.az xəbər verir ki, Asatryanın Ermənistan silahlı qüvvələrinin komandanlığı ilə danışıqları zamanı dedikləri Ermənistanda rezonansa səbəb olub.
Asatryan bildirib ki, 44-günlük müharibədə Azərbaycanın ən güclü silahı pilotsuz uçuş aparatları ilə yanaşı, xüsusi təyinatlı kəşfiyyatı olub.
“Azərbaycan Ordusunun kəşfiyyatı az qala İrəvana belə nüfuz etmişdi. Dünyanın ikinci belə güclü kəşfiyyatı ola bilməz. Müharibədə, məhz Hadrudda xidmət aparan oğlum Artur Asatryan ölümündən öncə mənə bir çox gizli məlumatlar danışa bilmişdi. O deyirdi ki, Azərbaycan kəşfiyyatı bizim atacağımız hər addımı öncədən bilirdi. Elə bil torpağın özü onlara kömək edirdi.
İkincisi, bizim ordumuz xaos vəziyyətində idi. Azərbaycan tərəfi psixoloji olaraq da bizdən üstün idi. Azərbaycan əsgəri haqda o qədər rəvayətlər gəzirdi ki, hamı istər-istəməz qorxu içində idi.

 


Sizə onu da deyim ki, bizim ordumuzun onurğa sütununu Azərbaycan tərəfi məhz 10 oktyabr günü Hadrud əməliyyatı zamanı qıra bildi. Biz o gündən sonra didərgin düşdük”, - deyə Asatryan qeyd edib.
 Yeri gəlmişkən, BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. ““Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Ermənistan mütləq seçim etməlidir”.
Azərbaycan ordusu  Ermənistanın belin qırıb, day indən sonra  hələ “ seçim” imkanı qalar ki...? 

Əntiqə Rəşid