adalet.az header logo
  • Bakı 20°C
26 Sentyabr 2021 18:22
1224
DÜNYA
A- A+

Nigeriyalı kral Tbilisinin meri olmağı planlaşdırır

Oktyabrın 2 -də Gürcüstanda keçiriləcək yerli seçkilərdə çox maraqlı bir namizəd mübarizə aparır. İllər əvvəl ölkədə məskunlaşan və Nigeriyadakı "İqbo tayfasının kralı" kimi tanınan Arinz Richard Oqbunuju paytaxt Tbilisinin bələdiyyə sədri olmağı planlaşdırır. Oqbunuju, qalib gələcəyi təqdirdə şəhərə xarici investisiyalar cəlb etməyi hədəfləyir.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəsmi saytında müxalif "Bizim Birləşmiş Gürcüstan" partiyası tərəfindən Tbilisi Bələdiyyə sədrliyinə namizədliyi qeydə alınan və Gürcüstan vətəndaşlığı olan Oqbunuju diqqəti öz üzərinə çəkməyi bacarıb.

Gürcüstanda ətir satışı ilə məşğul olan, daha sonra ikinci əl avtomobillər və nəqliyyat vasitələrinin hissələri sataraq biznesini inkişaf etdirən və bu gün bir neçə müəssisəyə sahib olan Oqbunuju gürcü dilində sərbəst danışır.

Gürcüstana turist kimi gəldiyini, lakin sonradan burada qalıb bir iş qurmağa qərar verdiyini deyən Oqbunuju yerli telekanala müsahibəsində  "Gürcüstanı çox bəyəndim. Burada bir gürcü qadınla evləndim. Üç uşağımız var. Bu ölkə məni qəbul etdi və bunu çox bəyəndim" deyib.

Təxminən 4 il əvvəl Gürcüstan vətəndaşlığını da aldığını ifadə edən Oqbunujubildirib ki,  özünü gürcülərdən fərqli hesab etmir.

Tbikisiyə xarici sərmayə gətirəcək bir çox iş adamını tanıdığını və şəhəri xarici investorlar üçün daha cazibədar etmək istədiyini qedy edən Oqbunuju paytax sakinlərinin onu mer seçəcəklərinə inandığını vurğulayıb:

"Xarici investorlar etibar edəcəkləri məmur axtarırlar. İşdə onların güvəndikləri adamam. Əminəm ki, Tbilisi 4 ildən sonra daha gözəl və uğurlu bir şəhər olacaq. Tbilisi indi böyük şəhərdir, hökumət mühüm işlər görür. Hazırkı mer Kaxa Kaladze aktiv iş aparır, amma onun işi natamamdır, çünki şəhərə sərmayə cəlb edə bilməyib ".

 

İltifat HACIXANOĞLU