adalet.az header logo
  • Bakı 12°C

Aqil ABBAS: SADIQ MURTUZAYEVİN GÜLABLISI 

AQİL ABBAS
1877 | 2021-10-09 10:34

Bu da Gülablı. Bu böyük kənddən əsər-əlamət yoxdu. Sanatoriyaya  gedərkən Abdalda yolun üstündə həmişə  Aşıq Xaspoladın  qonağı  olardım. Və həmişə də çayı böyürtkən mürəbbəsi ilə içərdik.  Deyərdim ki, dayı, burda  böyürtkəndən başqa  ayrı mürəbbə  olmur?  Gülürdü ki,  var ey, oğul, əziz  qonağa öz böyürtkənimizdən  mürəbbə  veririk.

Aşıq Xaspoladın evi  və yolun üstündəki  bütün  evlər, mağaza da, çayxanada da  yoxdu, vəhşi bir  meşəliyə   çevrilib.  Bir arxeoloq lazımdır ki, öyrənsin ki, burda  insan  yaşayıb, yoxsa yox. Ara-bərədə  çox xırda daş  qalaqları  görünür. Xaspolad dayının  evini tapa bilmirəm.

Nəhayət, girdik  sanatoriyanın  həyətinə. Giriş qapısı  dağılsa da  nə isə qalıb.  Xalaoğlu Nişad bu  qapını  «Cənnət  qapısı» adlandırır. Doğrudan da  bura  Cənnətin  qapısı idi. Burda iki və üçmərtəbəli kotteclər vardı, beşmərtəbəli  sanatoriyanın  binası vardı, amfiteatr vardı və  bir də  kəhriz vardı. Heç nə qalmayıb. Və ən dəhşətlisi budur ki, ermənilər  buranı nə günə qoyublarsa  təbiət  vəhşiləşib. Hətta ərazini   maşınla  gəzmək də mümkün deyil.

Allah sənə  rəhmət eləsin, Sadıq Murtuzayev. O tikdiyin sanatoriyanı  görsəydin  yenidən  ürəyin  partlayıb ölərdin.

Amma təsəllimiz odur ki, Möhtərəm  Prezidentimiz İlham Əliyev  böyük şəxsiyyətlər yetirmiş  Abdal-Gülablı kəndini və bu  sanatoriyanı  da yenidən  inşa edəcək.

Yazı olacaq ey, isti-istidi yaza  bilmirəm.

TƏQVİM / ARXİV