adalet.az header logo
  • Bakı 7°C
13 Oktyabr 2021 12:01
4063
ŞOU-BİZNES
A- A+

Eyvana növbəti dəfə çılpaq çıxan Səmra  özünə haqq qazandırdı: "Sürpriz..." - FOTO

"Miss Azerbaijan 2019" gözəllik müsabiqəsinin qalibi məşhur model Səmra Hüseynovadan xəbər var.


Adalet.az  xəbər verir ki, 170 minlik "Instagram" səhifəsində yeni şəkillərini paylaşıb.M Səmra sosial şəbəkələrdə yenə də müzakirələrə səbəb olub. Belə ki, o, sosial media hesabında yeni foto paylaşıb.Fotoda model çılpaq halda eyvanda paltar asarkən görüntülənib. Bunu görən qonşuları isə ondan polisə şikayət edib.
Bu barədə o, shownews.az-a açıqlamasında deyib:
"Ağlıma da gəlməzdi ki, belə şeyə görə şikayət etsinlər. Düşünürdüm ki, qadın həmrəyliyi var. Yox imiş (gülür). Canları sağ olsun. Belə şeyə görə qonşularımdan nə küsərəm, nə də qırğın edərəm. Qonşularımı çox istəyirəm. Bu dəfə məni ancaq büstqaltersiz görüblər, gələn dəfə onlara sürpriz edəcəyəm. Hazır olsunlar".

 


Qeyd edək ki, şərab içərkən görüntülənən Səmranın fotoları ötən il  də belə səs- küyə səbəb olmuşdu. Hər dəfə isə məşhur model açıq-saçıq paylaşımı ilə diqqət çəkməyi bacarıb.  Səmranın ən maraqlı  şəkli  açıq-saçıqlığından çox, qəribə hərəkəti ilə diqqət mərkəzində olub.


Belə ki, o, restoranlarda masaların dolu olduğunu bildirmək üçün stolların üstünə qoyulan "reserved" lövhəsini ayaqlarının arasına tutub.

:
Səmradan növbəti BİABIRÇILIQ: Eyvana çılpaq çıxdı, qonşuları isə... - FOTO


Əntiqə Rəşid