adalet.az header logo
  • Bakı 7°C
19 Oktyabr 2021 15:00
1276
GÜNDƏM
A- A+

MİLLƏT TARİF ŞURASINA DUA EDİR

Deməli, xalqımızın sevimli Tarif Şurası qazın və enerjinin qiymətini təxminən  2 qəpik artırıb. Söhbət kubmetrdən gedir. Millət  sevinc içindədir. Hamı Tarif Şurasının  üzvlərinə və rəhbərlərinə  dua oxuyur. Məsələn, istəsəydilər  lap 20 qəpik   artırsaydılar da nə olacaqdı ki?  Təbii ki,  heç nə.

İmkan olduqca millətin   bu «dualarını» daha çox qazanın.

Amma qorxuram ki, bir gün qiymətləri  o qədər artırasınız ki,  özünüz  partlayasınız və millət də başlasın sizə yas tutmağa.

Yaşasın Tarif Şurası! Nə yaxşı varsınız!