adalet.az header logo
  • Bakı 6°C
20 Oktyabr 2021 14:39
1733
GÜNDƏM
A- A+

Deputatın və merin üzüntüsü: "Həm mövqeləri təhvil verirsiniz, həm də Azərbaycanı  qızışdırırsınız..."

Ötən gün Ermənistan parlamentinin "Şərəfim var” blokundan olan deputatı Tiqran Abramyan bildirdi ki, yaxın vaxtlarda Şuşanın ətraf kəndləri və Laçın şəhəri Azərbaycana veriləcək.

Adalet.az  xəbər verir ki, deputat sərhədlərin delmitasiya və demarkasiya prosesindən danışarkən qeyd edib ki, bu məsələlər toponimlə deyil, xəritələrlə həllini tapır. Deputat əsas problemin Azərbaycan və Ermənistan sərhəddi ilə yox, Qarabağla bağlı olduğunu bildirib: 
"Ermənistan hökuməti yaxın üç ildə aparılacaq danışıqlarda təminat verə bilmir ki, hansı əraziləri güzəştə gedəcək və ya getməyəcək. Bununla bağlı prinsipial mövqeyi də yoxdur. Azərbaycan-Ermənistan sərhəddini müəyyən etmək əsas problem deyil. Əsas məsələ Şuşa ətrafı kəndlər və Laçın şəhəridir. Belə davam edərsə, yaxın zamanlarda Şuşanın ətrafındakı kəndlər və Laçın şəhəri Azərbaycana veriləcək”.


Deputat daha sonra əlavə edib ki, Ermənistan hakimiyyəti artıq Qarabağla bağlı heç bir iş görmür: 
"Ermənistan hökuməti bizə deyir ki, Qarabağla bağlı sualları onlara ünvanlamayaq. Açıq şəkildə deyirlər ki, Qarabağla məsələləri onlardan soruşmayaq. Onlar artıq bu problemlə bağlı heç bir iş görmək istəmirlər və sakitcə əllərini hər şeydən çəkiblər. Humanitar yardım məsələsindən başqa heç bir mövzuda məsuliyyəti üzərlərinə götürmürlər.

 

Pela  Ağdağ oldu


Deputat Tiqran Abramyanın bu “üzgün” açıqlamasından sonar Qafan meri Gevork Parsyanın açıqlaması erməni ictimaiyyətində  soyuq “duş”  effekti verib. Parsyan:” Pela dağının (Ağdağ dağının)  Azərbaycanın nəzarətinə keçməsiylə bağlı detallar bəlli olub. Beləki dağ Azərbaycana dekabr ayında verilib, amma ona nəzarəti rusiyalı sərhədçilər həyata keçiriblər “.


Parsyan bu günlərdə rusların naməlum səbəblər ucbatından dağdakı mövqelərini tərk etdiklərini və yüksəkliyin tam olaraq Azərbaycana verildiyini bildirib:
“Bu ərazi vacib yüksəklikdir, bizim üçün strateji əhəmiyyətli məntəqədir. İndi rusların olmaması sayəsində bu məntəqə azərbaycanlıların tam nəzarətinə keçib.


Əvvəllər Aqarak, Yeqvard və Ujanis kəndələrinə getmək üçün istifadə etdiyimiz əsas yol indi tam onların nəzarətindədir. İndi biz alternativ yoldan istifadə edirik. Faktiki olaraq kəndlilərin bu yoldan istifadəsi qadağan edilib”.
Bundan bir gün öncə isə erməni politoloq Edqar Elbakyan “Facebook” səhifəsində “Saxta sülh təbliğ edənlər bu gün Qafanda yeni güzəştlər etməyə hazırlaşırlar”-yazmışdı.

Elbakyan həm də qeyd eetmişdi ki, faktiki olaraq Ağdağ yüksəkliyi tamamilə Azərbaycanın nəzarəti altına keçir, qonşu kəndlər üçün də birbaşa təhlükəsizlik təhdidləri yaradır.

“Hökumətdə oturanlar könüllü olaraq ölkəmizin ən vacib, strateji əhəmiyyətli mövqelərini hissə-hissə təhvil verdikləri müddətcə Azərbaycanın artıq yeni qızışdırmalara əl atmağa ehtiyacı yoxdur”, - deyə o bildirib.


 Ermənilər əvvəl axır bilməliydilər ki, özgə atına minən tez düşər.  Azərbaycan Ordusuna eşq olsun!


 Əntiqə Rəşid