SON DƏQİQƏ:

Əhməd İsmayılov: “Türkiyə-Azərbaycan media platformasında peşəkarlığın artırılması nəzərdə tutulub”

  345   |  
Şriftin ölçüsü  

“Bildiyiniz kimi, Vətən müharibəsi dövründə qardaş Türkiyənin media nümayəndələrinin bizə dəstəyi, danılmaz əməyi sayəsində gerçəkliklərimizə nail olduq. Beləliklə qərara alındı ki, bu əməkdaşlıq daha da davam etsin və Türkiyə ilə Azərbaycan arasında media platforması çərçivəsində əməli tədbirlərin həyata keçirilməsi təmin olunsun”.

Bu fikirləri “Report”un Türkiyə bürosuna açıqlamasında, həmin ölkədə təşkil olunan Türk Şurasının Mediaforumunda iştirak edən Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov bildirib.

O qeyd edib ki, artıq ortaq media platformasının təşkil olunması məqsədilə işçi qrupun hazırlanması ilə bağlı müzakirələr gedir:

“Media platformasında məlumat və təcrübə mübadiləsinin aparılması, mətbuat sahəsində peşəkarlığın artırılması nəzərdə tutulub. Həmçinin istər sosial şəbəkələrdə, istərsə də peşəkar media sferasında dünya ictimaiyyətinə gerçəkliklərimizin birgə, vahid media platforması vasitəsilə çatdırılmasının təmin edilməsinə istiqamətlənib”.

“Media haqqında qanun”la bağlı jurnalistlərin suallarını cavablandıran Ə.İsmayılov vurğulayıb ki, qanunun müzakirəsi artıq işçi qruplar səviyyəsində yekunlaşıb:

“Media haqqında qanun”a ümumi yanaşma bundan ibarətdir ki, mətbuat sahəsində ölkəmizdə sistemli yanaşmanın tətbiq olunması, media reyestrinin yaradılması və ümumiyyətlə bu sahənin subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi ilə bağlı normativ hüquqi aktlara dəyişikliklərin olması ilə əlaqədar təkliflərimiz olacaq və qanun layihəsinin özündə də buna imkan verən normalar nəzərdə tutulub”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-12-01

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 27 20 13 06 04 02
October: 30 28 26 23

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK