adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Noyabr 2021 13:03
685
DÜNYA
A- A+

Conson Makronu hədələdi

Böyük Britaniyanın baş naziri Boris Conson, La -Manş boğazını keçməyə cəhd edən 31 qaçqının həlak olması ilə bağlı təcili iclas çağırıb. Baş nazir Fransanın prezidenti Emanuel Makrona müraciət edərək, bu əraziyə britaniya ordusunu göndərəcəyi ilə hədələyib.
  
Consonun sözlərinə görə, fransızların qanunsuz miqrant axının qarşısını  almağa gücləri çatmırsa, onda Birləşmiş Krallıq ordu qüvvələrini hərəkətə keçirməyə hazırdı.
  
"Biz bacardığımız qədər gücümüzdən istifadə edəcəyik. Biz daşı-daş üstə qoymayacağıq, insan alveri ilə məşğul olanları və qanqsterləri məhv edəcəyik"- deyə Birləşmiş Krallığın baş naziri bəyan edib.
  
Bundan sonra baş nazir və Fransa lideri danışıqları zamanı qanunsuz miqrasiyaya qaşı bigə mübarizə aparmaq və bunun üçün Niderland və Belçikanın da köməyindən istifadə etmək barədə razılığa gəliblər.
  
Bu günlərdə Pa-de-Kale boğazı sahillərinə yaxın ərazidə qaçqınların olduğu qayığın batması nəticəsində içərilərində 5 qadın və bir azyaşlı  uşaqda olmaqla  31 nəfər həlak olub. Polisin verdiyi məlumatlara görə, miqrantlar La-Manş boğazını keçməklə Britaniya sahillərinə çıxmaq istəyirmişlər. 
 
 Batan qayıqdan yalnız iki nəfər ağır vəziyyətdə xilas ola bilib. Güc strukturları qanunsuz miqrantları daşıyan dörd nəfəri həbs edib.
 
Daha əvvəl isə bildirilirdi ki, 75 nəfər qaçqın Aralıq dənizində bataraq həlak olub. Son bir neçə ildə Avropaya can atan,dənizlərdə həlak olan  qanunsuz miqrantların sayı on minlərlə ölçülür.

Rüstəm Hacıyev