adalet.az header logo
  • Bakı 2°C
  • USD 1.7
02 Dekabr 2021 14:57
371
DÜNYA
A- A+

İranda ötən sutkada daha 76 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində koronavirusa (COVID-19) 3 839 nəfər yoluxub, 76 nəfər ölüb.

Adalet.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusa yoluxanların sayı 6 125 596 nəfərə, ölənlərin sayı isə 129 988 nəfərə çatıb. Virus daşıyıcılarından 3 314 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 5 901 532 nəfər koronavirusdan sağalıb, 38,9 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 106 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 57,8 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47,6 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 1,14 milyon təşkil edir.