SON DƏQİQƏ:

"Facebook gündəliyi"

  45172   |  
Şriftin ölçüsü  

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.

"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status


                                                                      ***


Anar Rüstəmov: "Müsavat Partiyası Milli Şuranın mitinqinə qatılmayacaq. Əslində bu düzgün qərardır. Ona görə ki, ölmüş bir təşkilatın keçirdiyi mitinq nə olacaq ki?”


                                                                      ***

Könül Agayeva: "İnsan kəsrə bənzəyir. Məxrəcdə özü haqqında düşündüyü, surətdə əsl olduğudur. Məxrəc böyük olarsa sürət bir o qədər kiçilir. Tolstoy”


                                                                      ***

Mübariz Aslanov: "Dünyaya gələn kimi bizə ilk öyrədilən oyuncaqlarla oynayıb başımızı qatmaq olur... Və bu, ömrün sonuna kimi davam edir. Oyuncaqları həyat əvəz etsə də hətta... Hələ ilk oyuncaqların nə olmasının fərqini demirəm. Bir sözlə, biz böyümürük, sərt formalara dəyişirik....”


                                                                       ***

Aysel Vəlizadə: "İnsan özünü ifadə edə bilmədiyi üçün sıxıntı keçirməməlidir. Allah onun içindəki bu duyğuları insanlara mütləq hiss etdirəcəkdir
Əgər həqiqətən qəlbən səmimidirsə, Allah o insandakı bu dəyəri mütləq digərlərinə də hiss etdirəcəkdir”


                                                                       ***


Təranə Xudabaxşıyeva: "Hörmət ayrıdır yaltaqlıq ayrı. Bunları səhv salmayın. Hörmət edin, amma əsla yaltaqlanmayın. Kənardan çox gülünc görünür... Yaltaq insandan heç vaxt lider olmaz!”


                                                                       ***


Zümrüd Abbas: "Statuslara və yazılan rəylərə fikir verirəm. Çoxlarınız üçün ciddi məsələlər əhəmiyyət kəsb etmir. Bizim problemimiz təqvim vaxtı çatanda həm yada düşür, həm də müzakirə olunur. Bizim ən başlıca problemimiz bundan ibarətdir”


                                                                        ***

Tural Abbaslı: "Bəlkə mən başa düşmürəm, bilən varsa mənə də izah etsin ki, "Hər şey yaxşı olacaq, bəy!" cümləsinin siyasi anlamı nədir? İllərdir bu söz havada uçuşur.Yəni, yatacayıq və oyanacayıq ki, hər şey yaxşıdır?”


                                                                        ***

Afət Yaqubova: "Həyat biz qadınlara qarşı çox amansızdır. Maşınını vurduğumuz kişinin üzünə gülümsəyib, "Cazibənizə tab gətirə bilmədim" deməkdən başqa seçim qoymur...”


                                                                        ***


Elçin Mirzəbəyli: "Saxta profillərini ətrafına toplayıb "aksiya" keçirməyə hazırlaşan milli Şurik üçün haştəq”


                                                                         ***


Pərviz Sadayoğlu: "Eynəyimi taxdım baxdım güzgüyə, dərdlərim gözümə böyük göründü......”


Sübhan Mahmudlu


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK