adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Mart 2015 12:26
51605
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                       ***


Esmira Qasımova: "39 saatdan sonra dərd də bitəcək, mart da. İnanırsınız?”


                                                                       ***


Ceyhun Musaoğlu: "Əgər dəyişməmisənsə, yaşamamısan. Yaşamamısansa, ölü olmusan. Kompliment odur ki, sənə desinlər: yaşlanmısan. Amma biz bu sözü eşidəndə pərt oluruq, hətta kompleksə düşüb bir neçə gün əsəbi gəzirik. Cənab ədəbiyyat, insanlara düzgün yaşamağa, mahiyyətə dəqiq varmağa kömək elə. Bu, məhz sənin işindi. Ancaq sənin işindi”


                                                                         ***


Sənan Nəcəfov: "Mənə Həccə getmək qismət olsa, (5700 manat) mən o pulu xəstəlikdən əziyyət çəkən bir qadının müalicəsinə versəm, günaha batmış olaram, ya savab qazanaram?
Bayaq azyaşlı uşaqları olan bir qadının fotosunu paylaşmışdılar. Görəsən, Həcc ziyarətinə gedən bir əməli-saleh müsəlman, Səudiyyənin Yəməni işğal etməsinə yardım olmaqdansa, (5700 manat anormal yüksək qiymətdir) o pulu belə imkansız ailəyə bağışlasa Cənnəti burada qazanmış olmazmı?”


                                                                          ***

Əfsanə Ələsgərli: "Nə yazıq ki, içimizdə olan bəzi vətəndaşlarımız Azərbaycanla bağlı qərəzli bir məlumat yayımlanan kimi başlayırlar "toy bayram" etməyə. İş gücləri ancaq tənqid xətrinə tənqiddi statuslar yazmaqdı Soruşan yoxdur ki, bununla nə qazanırsız”


                                                                         ***


Mehriban Zeynalova: "İnsanlara yaxşılıq etmək üçün çox az fürsətimiz olur... bu filmdən bir ifadədir. Bir gənc dostum tövsiyyə etdi filmə baxmağı. Əslində ona bir yaxşlığım da keçməyib. Sadəcə bəzi məqamlarda mənəvi dayaq olmağa calışmışam. Filmdə yaxşılığın yerdə qalmadığı və mütləq geri qayıtdığı təsvir olunur. Gənc dostum bir dəfə dedi... İmkan olsun məndə nələrsə edim. Bilmirəm əvəz gözləmirəm heç vaxt. Bir də ömür də bəzən gözləmir. Tanri bütün yaxşılıq anlayanları qorusun


                                                                        ***


Cəlil Cavanşir: "Son zamanlar müşahidələrimdən gəldiyim bir qənaət var. Qürursuz, sındırılmış, savadsız, istedadsız və əzik adamlar səlahiyyət sahibi olanda çox təhlükəli olur. Bu zaman əsil faciə başlayır. Əziklər, istedadsızlar tabeçiliyindəki adamdan yaltaqlıq, yalaqlıq, satqınlıq gözləyir. Belələri üçün istedad sahibləri əsil təhlükə mənbəyidir...Əziklərin ətrafında mütləq bir bölük ləyaqətdən yoxsul adamlar olur. Və millətin gələcəyi istər-istəməz düşür sual altına.


                                                                        ***

Xalid Kazımlı: "Əgər yol gedərkən bir taksinin sizdən yavaş getdiyini görürsünüzsə, bilin ki, ya sürücünün ilk iş günüdür, ya da avtomobilin son iş günü (şəxsi təcrübədən.....”


                                                                        ***

Solmaz Əliyeva: " Yay gəlsəydi, şortik geyinənlərə pis baxardıq


                                                                        ***

Ləman Piriyeva: "Bu gün 29 mesaj almışam Onlardan cəmi 4-ü mənim üçün anlam daşıyırdı. Təssüf edirəm ki, bəzi "kişilərin" işi-peşəsi faceden ona buna tanışlıq təklif etməkdir. Biraz da özünüz üçün, cəmiyyət üçün faydalı işlərlə məşqul olasız bəlkə... Elə zənn edirlər ki, qadın sosial şəbəkədədirsə mütləq tanışlıq etməkdir məqsədi. Dar düşüncənin son həddi bu olsa gərək......”


                                                                         ***

Elşad Məmmədli: "Fikir verin, insan göydə uçan, yerdə qaçan, suda üzən, torpağın altında, üstündə bitən – gözünə nə sataşıbsa dərhal əl atıb, tutub dişinə vurub ki, görən yeməlidirmi?!)))))

P.S. Başqa heç bir canlı Yer üzündəki hər şeyi yemir. Hərəsinin öz bəlli qidası var...


Sübhan Mahmudlu