adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Aprel 2015 17:02
47978
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - dünyanın ən populyar qəzeti, saytı.

1 milyon azərbaycanlının fərdi təqdimat məkanı.

15 il öncə kim desəydi, hamının şəxsi qəzeti olacaq, inanılmaz açıqlama olardı, həmin adama gülüb keçərdik. Ağlımıza gəlməyənlər başımıza gəldi.

Bu dəfə xeyirlisindən oldu. Başımıza gələn hadisə ürəyimizdən xəbər verdi. Kimliyimizi, necəliyimizi göstərə bildik. Facebook göydən düşmə məkana çevrildi - daha çox da düşüncə adamları üçün. Bu üzdən Adalet.az saytının oxucularına intellektual Facebook istifadəçilərinin düşündürücü statuslarını təqdim etməyi qərara aldıq. Yəni onların yazdıqlarını göydən yerə düşürdük.


"Göy virtuallığın, yer reallığın təzahürüdü" - bu da olsun, təqdimedəcəyimiz statuslara nəzərən bir status

                                                                          ***

Rufik İsmayılov: "Qıza, qadına qarşı təcavüz edən hər kəs kimliyindən asılı olmayaraq cəzalanmalıdır və cəzalanır da. Qanuni cəza alandan sonra həbsxanada belələrini daha ağır cəza və məşəqqətli həyat gözləyir. Bu, öz yerində. Amma Tovuzda baş verən hadisədə bir çox qaranlıq məqamların üzə çıxarılması vacibdir. Lent.az-ın əməkdaşının hazırladığı reportajı sonuna kimi oxudum. Mənə elə gəldi ki, zərərçəkən kimi təqdim olunan qız valideynlərinə ya səmimi olaraq hər şeyi demir, yaxud da valideynləri həqiqəti bildikləri halda, övladının adının pis çıxmaması üçün onun məhz 4 nəfər tərəfindən təcavüzə məruz qaldığını iddia edir. Heç kimin günahına girmək istəmirəm, lakin mən özüm də kənddə böyümüşəm. Bu gün də kəndə gediş-gəlişim var. Müşahidələrim əsasında deyə bilərəm ki, hətta ən əclaf adam belə, kəndin, elin-obanın qınağından qorxub, qohum-əqrəbanın tənəsindən ehtiyat edib yaşadığı kənddə tanımadığı hansısa qıza qarşı belə hərəkətə yol verməz. İnşallah bu cinayət əməlini araşdıran müstəntiq soyuqqanlı şəkildə hadisənin tam təfərrüatını üzə çıxarar...”


                                                                            ***

Gunel Treu: "İnsan qırdığı ürəyin ağrısın, öz ürəyi qırılanda hiss edərmiş...


                                                                            ***

Seymur Qasımbəyli: "Bazar günün sıxıntısı yaxşı dəmlənməmiş çay kimidir”


                                                                             ***

Könül Məmmadzadə: "Bir yerdə kiçik insanların böyük kölgələri meydana gəlirsə orada günəş batır deməkdir...”


                                                                              ***

Vüqar Hacıyev: "İnsan müxtəlif dünyəvi vəzifələrə yiyələnməyə çalışırlar, lakin ən böyük Allahın onlara bəxş etdiyi insanlıq vəzifələrini daşımaq istəmirlər və ya unudurlar”.


                                                                             ***

Xalid Kazımlı: "Azərbaycan yanğından sonra küllərin içindən yanmamış müqəddəs kitab axtaran və tapanda sevinən yeganə ölkə deyil. Başqaları da var...


                                                                             ***

Aidocka Kərimova: "Ərəb şeyxləri Bakıya gəlib bizimkilәrin imkanlarını, sərvətlərini görüb qayıdıb deyiblər ki, biz qələt edərik bir də özümüzə şeyx zad deyərik”.


                                                                              ***

Naibə Qurbanova: "Bu başından o başına cəmi 5 saatlıq yol olan bir ölkədə nə qədər səyyah verilişi olar. Və duzsuz aparıcıların təqdimatında. Biri ləhcə ilə danışıb özünü səmimi olmağa zorlayır, biri qocalara ilişməyi qəhrəmanlıq sayır, biri cavanları ələ salır, biri heyvan sevgisindən cuşa gəlib uzunqulağı öpüşlərə qərq eliyir...
Bəlkə imkan verəsiz, bu ölkəni özümüz elə öz bildiyimiz kimi tanıyaq?”


                                                                                ***

Ramin Hacılı: "Məncə əsl müsəlmanlar savadsız, aqressiv, terrorist, böhtançı, dini alət edən islamçı görəndə utanır.
Mənim ölkəm dünyada müsəlman ölkəsi və Türk çoxluğun yaşadığı diyar kimi tanınır. O səbəbdən mənsub olduğum dinin müqəddəs, millətçiliyin özünə sayğı olmasını istəyirəm.
Çox təəssüf ki, cahillərə bunu izah etmək olmur. Çünki onlar düşünmür və başqaları tərəfindən aldadılır”.

                                                                                ***

Rəfiqə Əlisəfa: "Akademiyada dörd il yiyələndiyim politoloji biliklərdən və bildiyim üç əcnəbi dildən istifadə edərək Manaf Ağayevdən açıqlama aldım”.


Sübhan Mahmudlu