
Son üç gün ərzində Moskva və Moskva ətrafı bir neçə dəfə pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Bu hücumlar hava hücumundan müdafiə və radioelektron təhlükəsizliyi sistemləri vasitəsi ilə zərərsizləşdirilib.
Moskva şəhərinin meri Sergey Sobyanin özünün telegram-kanalında bildirib ki, avqustun 20-də Ukrayna dronları, paytaxtın cənub tərəfindın hücum etməyə cəhd ediblər. Bu hücumlar HHM və RET sistemləri vasitəsi ilə zərərsizləşdirilib. PUA-ların qalıqları Moskvaətrafı Ctupinsk rayonu ərazisində boş sahələrə düşüb.
Avqustun 21-də daha bir PUA Odinsova rayonu ərazisində məhv edilib. Daha bir dron isə İstrinsk rayonu səmalarında vurulub. Aparatın qırıqları düşən yerdə iki nəfər yaralanıb.
Bazar ertəsi gecədən, İkinci günə keçən səhər Ukraynanın iki PUA-sı Moskva vilayətinə hücum edib. Onlardan biri Krasnoqorsk rayonunda yaşayış binasına çırpılıb, binaya və onun həyətindəki dayanacaqdakı avtomobillərə zərər dəyib.
Bu gecə də növbəti hücuma keçmək cəhdlərinin qarşısı alınıb. Əslində PUA-ların bu hücumları paytaxt rəhbərliyini və sakinlərini təşvişə salıb. Artıq paytaxtın hava limanlarında təyyarələrin eniş və uçuşuna müəyyən məhdudiyyətlər qoyulub.
Daha bir ukrayna dronu Belqorod rayonunun Leva kəndinə hücum edib. Pilotsuz uçuş aparatının atdığı iki qumbaranın partlayışı zamanı iki kişi hadisə yerində həkak olub, biri isə xəstəxanaya çatdırılarkən dünyasını dəyişib.
Bir sözlə, Ukrayna silahlı qüvvələri və xüsusi xidmət orqanları, Rusiyanın paytaxtını və bir sıra sərhəd rayonlarını nişana alıblar...