Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov fevralın 19-da Cavid Muxtar oğlu Kəngərlinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.
Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavininin digər sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Tural Rasim oğlu Abdulzadəyə həvalə edilib.
Digər Xəbərlər

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Zəngəzur dəhlizi Türkiyənin Türk dünyası ilə əlaqəsini daha əlverişli edəcək - Uraloğlu

İşləyən şəxslərin pensiyaları belə artırılacaq
