NƏ NƏDİR... - Seyfəddin Altaylı yazır

SEYFƏDDİN ALTAYLI
127925 | 2020-11-13 18:10

Tanrı hər bir insanın ölənlərinə rəhmət eləsin, mərhum atam həmişə deyərdi ki, Allah adamdan alanda əvvəl onun ağlını başından alır.

Yazılarımda daim hay adlı bu xalqın murdar, ağılsız və maşa olduğunu vurğulamışam. Heç bir xalqa qarşı kin duymamışam, ancaq düşmən bəllədiyim xalqlar vardır. Bunların başında Çin xalqı dayanır. Ruslar, ingilislər, farslar sonradan düşmənə çevriliblər. Deyə bilərsiniz ki, bəs yunanlılar, haylar, ərəblər kimi xalqlar necə?! Şəxsən onları düşmən saymıram, çünki bunlar qansoran kaftar xislətli imperialistlərin həmişə maşası olublar, yazıq xalqdırlar. Mənə görə onun-bunun oyuncağına çevrilənlərə də yazıq deyilməlidir. Yunanlılar 450 il hakimiyyətimiz altında yaşadılar, onların nə dilinə, nə inamına nə də milli mədəniyyətləri ilə bağlı hər hansı bir ünsürünə toxunduq, ancaq ingilislərə lazım olduqda eynilə ərəblər kimi aldadıldılar və Türkiyəni işğal etmək xəyalına qapıldılar, sonunda gənc nəsillərinin 80 faizini itirdilər. O vaxt Türkiyə 11, Yunanıstan 6 milyona qədər əhaliyə malikdi, bu gün Türkiyənin 83 milyon əhalisi var, Yunanıstanın isə 11 milyondur, aradakı fərqin bir səbəbi də o gənc potensialın itirilməsidir.

Ermənilərin rusların işğal edib özlərinə bağışladığı Qərbi Azərbaycandakı əhali sayı bu gün 1 milyon yarımdır, ancaq ordularının yarısını itirdilər və belləri çox çətin doğrular, çünki gəncləri qırılıb qurda-quşa azuqə oldu.

Bu murdar xalqın indiyə kimi düzgün bir dövləti olmayıb və qaraçılar kimi ordan-ora gəziblər, indən belə də gəzməli olacaqlar. Öncə Teseliyanın şimalında yerləşən İlluriyada yaşayarkən İlluriyalılar tərəfindən qovuldular, Qərbi Azərbaycandan da qovulacaqlar, onların burada yaşamaları artıq çətindir.

Rusiya da başa düşməlidir ki, ipinin üstünə çöp yığılmayan bu xalqa etibar eləmək olmaz. Dünən çörəyini yedikləri Osmanlını satdılar, bu gün isə özlərinə yurd yaradan və dövlət qurduran rusları. Sabah-birisi gün ayrı bir Paşinyan çıxacaq ya Fransa və ya başqa bir dövlətin qışqırtması ilə rusu da kürəyinin tən ortasından xəncərləyəcəkdir. Rusiya bunu başa düşməsə və onları bölgədə istədiyi an işə salacağı bir vasitə kimi düşünməyə davam etsə, yalnızca öz dövlətləri bundan ziyan çəkəcək. Artıq nə Türkiyə 1918-ci illərin Türkiyəsidir, nə də Azərbaycan 1990-cı illərin Azərbaycanı.

Ulu Öndər Atatürk 1933-cü ildə demişdi ki, Avstriya-Macarıstan imperiyası necə dağıldısa Sovetlər Birliyi də dağılacaq və dağıldı. Osmanlı necə tarixin qəbristanlığına quylandısa Rusiya Federasiyası da dağılacaqdı. Onsuz da dağılırdı, Putin gəldi ona müvəqqəti bir nəfəs verdi, lakin xeyri yoxdur.

Rusiya Federasiyasını dağılmaqdan xilas edəcək yollardan ən önəmlisi Türk millətinin varlığıdır, gücüdür, qüdrətidir. Bunun üçün də müəyyən şərtlər tələb olunur:

"Ruslar Pyotrun vəsiyyətindən əl çəkməlidir; hakimiyyətləri altında tutduqları Türk və Müsəlman xalqları ruslaşdırmaq sevdasını birdəfəlik buraxmalıdır; bu xalqların mədəniyyətini, dilini, ədəbiyyatını unutdurmaq xülyasından əl çəkməlidir. Çarlıq və Sovet dövründə olduğu kimi, atalar demişkən, ilanı Seyidəhməd əliylə tutmağı buraxmalı və Federasiya daxilindəki Türk xalqlarının milli yönümlü şəxsiyyətlərini sudan bəhanələrlə aradan götürmək, məhv etmək caniliyindən əl çəkməlidir. Hay adlı bu murdar xalqdan bizə qarşı maşa kimi istifadə etmək xülyasını da birdəfəlik ötürməlidir".

Əziz oxucum! Azərbaycanlı Məhmətçiklər yalnızca hayların belini qırmadı. Hamı birmənalı olaraq bilməlidir ki, məğlub olan haylar deyildir. 19-cu əsrin əvvəlindən bəri xalqımızı qanına qəltan edən, ocaqlarımızı söndürən, 20 Yanvar, Xocalı Soyqırımını erməninin əliylə yaradan ruslardır. Ruslarla birlikdə özünü bilməz Fransadır, onun başındakı müstəmləkəçilik xülyasından hələ də oyanmayan romantik rəhbəridir, daim onun-bunun əlində oyuncağa çevrilmiş hayların diasporudur, Minsk qrupudur, haylara arxa duran və yalnızca xristianlıqdan öz milli maraqları istiqamətində sui-istifadə edən qərb dünyasıdır, məğlub olan bunlardır. Azərbaycan dövləti, Azərbaycan Məhmətçikləri bu gücləri məğlub etmişdir.

Ruslar hardasa hər erməniyə bir tank, zirehli maşın, İHA (insansız hava aracı), ən öldürücü silahlarını, S-300 qurğularını, göydə bir siçan boydakı metalı hiss edən radar qurğusunu verdilər. Xristian Fransadan, Serbiyadan, Şiə İrandan Ermənistana silah-sursatlar daşındı. Bu silahların dəyəri milyardlarla ölçülür.  Cənab Prezidentimiz demişkən acından ölən Ermənistan bu pulu hardan tapdı?!

Haylar rusların bağışladığı yasaqlanmış misket silahlarını, fosfor bombalarını, raketləri Azərbaycanın şəhərlərinə, kəndlərinə atdılar ki, Azərbaycanın gözü qorxsun, ordusunu saxlasın və özü də işğalı davam etdirsin. Haylar bilsəydi ki, yasaqlanmış bu silahlardan istifadə etsələr beynəlxalq məhkəmədə hesaba çəkiləcəklər qorxularından ona üz tutmazdılar, rusa, fransıza, xristian qərbə arxalanmasa onları ata bilməzdilər. Azərbaycan o silahlardan birini hayların bir kəndinə atsaydı qərbin tamamına yaxını möhtərəm Prezidentimizi insanlıq düşməni kimi suçlayar, Azərbaycanın yaxasına soyqırımçı kimi yapışar, onu beynəlxalq məhkəməyə verərdilər. Qərbin və rusun Paşinyan və yançıları üçün cıqqırları çıxdımı?!  Rus ayısına da, xristian qərbə də etibar etmək olmaz. 1920-ci ildə Paris Sülh Sazişi imzalanarkən hayların xəritəsində Göyçə, Dilican və Zəngəzur bölgələri yoxdu, Rusiya bu bölgələri Azərbaycanın əlindən qamarlayıb haylara bağışladı. 1929-cu il fevralın 18-də Moskva və Qars sazişləri kobudcasına pozularaq Naxçıvanın 10 kəndinin 657 kv.km ərazisi, Şərur qəzasının Qurdqulaq, Xaçik, Horadiz, Naxçıvan qəzasının Şahbuz nahiyəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçəvan kəndi, Kilid kəndinin torpaqlarının bir hissəsi Ermənistana verilmişdir. 1930-cu ildə Aldərə, Ləhvaz, Astazur, Nüvədi mahalları Ermənistana verilərək Mehri rayonu yaradılmış, Azərbaycanla Naxçıvan arasındakı 13 kilometrlik məsafə 40 kilometrə çıxarılmışdır. Məsələn Kərki bölgəsi 17 yanvar 1990-cı ildə rus əsgərləri tərəfindən işğal edilərək ermənilərə verilmişdir. Bunu dilinə gətirən yoxdur. Niyə dilləndirilmir başa düşmürəm! Axı Türkiyə Naxçıvanın zamin ölkəsidir, bu məsələ Türkiyəyə və Rusiyaya niyə xatırladılmır?! Haylara Laçın yolunda beş kilometr enində yer ayrılırsa həmin qədər yer Naxçıvan-Azərbaycan yolu üçün ayrılacaqmı?!

Dağıdılan şəhərlərimiz və kəndlərimiz vardır. Eyni işi biz görsəydik bütün dünya üstümüzə cumar və bizdən təzminat tələb edərdi. İndiyə kimi bir rus və ya qərbli "Ermənistan dağıtdığı kəndlərə və şəhərlərə görə təzminat ödəməlidir" sözünü dilinə gətirib? Bəs hər kəlmə başında özünü İslam dünyasının, Şiəliyin bayraqdarı kimi qələmə verən Aryanist, şovinist İrandan, vəhabi Səudiyyə Ərəbistanından necə, bunlar niyə dillərini qarınlarına soxublar görən?! Halal olsun vəfalı Pakistana və Azərbaycana dayaq olan, onun haqlı mübarizəsini dəstəkləyən ölkələrə, xalqlara.

Artıq bizi dəhşətli gərginlikdə işləyəcəyimiz bir zaman kəsiyi gözləyir. Başda Türkiyə və Azərbaycan olmaqla təlim-təhsil sistemi yenidən nəzərdən keçirilməlidir. Yeni nəsillərimiz çağdaş təlim və elm anlayışıyla yetişdirilməli, ortaq Türk tarixi, dili, ədəbiyyatı, coğrafiyası ilə bağlı dərsliklər yazılmalı və orta məktəbin birinci sinfindən başlamış balalarımıza oxudulmalıdır. Su yatar, düşmən yatmaz, bunu hər bir Türk qulağına sırğa etməlidir.

Gələcək Tanrının izniylə Türkündür.

Tarix yazan, tarixin gedişatını dəyişdirən şanlı şəhidlərimizə Ulu Tanrıdan sonsuz rəhmət diləyirəm. Yaralı qazilərimizə şəfa və millətimizə dünyada "İlahi ədalət"i yaymaq uğrunda ayıq fikir, bilik, dözüm və əzm arzulayıram.

Yaşasın Azərbaycanın şanlı ordusunun Məhmətçikləri.

Yaşasın Dövlət Rəhbərlərimiz və xalqlarımız.

Ankara, altaylı[email protected]

TƏQVİM / ARXİV