30 May 2024 14:55
3107
MARAQLI

Solovyov Makronu təhqir etdi: "Bricit bizim aktyor Panindir, Rusiya kəşfiyyatı..."

Rusiyanın məşhur radio-televiziya şərhçisi, jurnalist Vladimir Solovyov “Rossiya” telekanalının efirində Fransa prezidenti Emmanuel Makronu və xanımı Bricit Makronu təhqir edib.

Teleaparıcı Fransa liderini “bədbəxt cütlük” adlandıraraq əlavə edib ki, onun həyat yoldaşı rolunu məşhur rus aktyoru Aleksey Panin ifa edir.

“Bu, Rusiya kəşfiyyatının əsas hiyləsidir” -deyə o  istehza edib.

Bricit və Panin arasındakı xarici oxşarlıqlar haqqında çox danışılıb.

Qeyd edək ki,  Makron evləndiyi özündən 24 yaş böyük olan  Bricit onun fransız dili və ədəbiyyatı müəlliməsi olub.

 Əntiqə Rəşid