ABŞ nəhayət ki, "sxodkaya" qoşuldu - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1359 | 2023-08-08 12:50

Xəbər verdiyimiz kimi, Nigerdə baş verən dövlət çevrilişi ilə bağlı mübahisələr əsasən Fransa və Rusiya arasında gedirdi. ABŞ isə hadisələrin gedişini  nisbətən kənardan müşahidə edirdi. Fransa lideri Emanuel Makronla Rusiya lideri Vladimir Putin, Nigerin kimin nəzarəti altında qalacağı ilə bağlı "razborka" apardıqları bir vaxta ABŞ prezidenti iki lider arasında gedən "sxodkaya" müdaxilə etmək qərarını verdi və bu tip məsələlərin onun müdaxiləsi olmadan həll olunmasının mümkün olmayacağını nümayiş etdirmək niyyətini ortaya qoydu.

  Avqust ayının 7-də ABŞ  dövlət katibinin siyasi məsələlər üzrə  müavini Viktoriya Nuland Nigerdə səfərdə olub və hakimiyəti devirərək ələ alan qiyamçılarla bir neçə saatlıq danışıqlar aparıb.

  Nuland jurnalistlərlə telefon danışıqları zamanı bildirib ki, qiyamçıların rəhbərlərindən biri, general Mussa Sala Barma  və onu müşayət edən üç povkovniklə iki saat "açıq və ara-sıra çox çətin danışıqlar" aparıb.

  "Mən inanıram ki, onlar diplomatiya qapılarını açıq saxlayacaqlar. Biz onlara bunu təklif etdik... Biz onlara danışıqları davam etdirmək üçün bir neçə variant təklif  etmişik  və inanırıq ki, onlar bu təkliflərlə bağlı bizi dəstəkləyəcəklər"-deyə Nuland bildirib.

  Ametikan diplomatının sözlərinə görə, onun devrilmiş prezident Bazumla görüşünə icazə verilməyib. Dövlət katibinin müavininin, həmçinin ölkənin yeni lideri elan edilən ordu generalı Əbdürəhman Tçiani ilə görüşmək çəhdi alınmayıb.

  ABŞ-ın Dövlət departamenti öz növbəsində  Nulandın Nigerə səfəriylə bağlı dərc etdiyi press-relizdə, bəyan edib ki, Nulandın Afrika ölkəsinə səfəri "ABŞ-ın Nigerdə baş verən hadisələrlə bağlı ciddi narahatlıq keçirdiyini, Vaşinqtonun demokratiyanın və konstitusiya qaydalarına əməl edilməsinin tərəfdaşı olduğunu  bildirmək idi". 

  "Birləşmiş Ştatlar,  prezident Mohammed Bazumun, ailəsinin və çevriliş zamanı  onunla birlikdə həbs olunmuş adamların hamısının təcili azad edilməsinə çağırır"-deyə dövlət departamentindən bildirilir.

Nuland görüş zamanı həmişə olduğu kimi təhdidlərindən də əl çəkməyib. O, qiyamçıları təhdid edərək bildirib ki, Niger bu hərəkətləri ilə yüz  milyonlarla dollarlıq hərbi və iqtisadi köməkdən məhrum ola bilər. ABŞ artıq vəziyyət stabilləşənədək,  Niger hökuməti üçün  nəzərdə tutulan "müəyyən köməklik" paketini dayandırdığını elan edib.

  Hakimiyyəti ələ keçirən qiyamçılar, dünən avqustun 7-də keçmiş maliyə naziri, 58 yaşlı Əli Məhəmmən Lamin Zeynanı baş nazir postuna təyin ediblər.

  Vaşinqtonun məsələyə qarışması göstərir ki, Afrikanın bu bölgəsində yeni "müharibə ocağı qalanacaq". ABŞ heç bir halda Rusiyanın bu bölgəni nəzarəti altına almasına imkan verməyəcək. Artıq Mərkəzi Afrikanın, Qərbi Afrikanın iqtisadi birliyinə daxil olan iki dövləti, Niqerə hərbi müdaxilə etmək məqsədilə hərbi güclərini sərhəd zonalarına cəmləşdirməyə başlayıblar. İqtisadi Birlik Nigerin hava məkanlarının bağlandığını elan edib.

  Rusiya rəsmən BMT-nin Nigerdə baş verən dövlət çevrilişini pisləyən bəyanatlna qoşulduğunu elan edib.  Rusiyanın xarici işlər naziri Sergey Lavrov hətta Nigerdə konstitusiya qaydalarının bərpa olunması ilə bağlı çağırış da edib. Lakin Rusiya bayraqları ilə, "da zdrastvuyet Rossiya, da zdrastvuyet Putin" şüarları ilə Rusiyaya simpatiyalarını gizlətməyən, dövlət çevrilişi edən qiyamçıların hakimiyyəti ələ keçirmələri də,  Kremlin bu məsələdə "barmağını" gizlədə bilmir.

  Görünən odur ki, ABŞ-ın məsələyə müdaxiləsindən sonra, yüz illərdi bu kontinenti sümürüb  talan edən, xalqını səfalət içində saxlayan Fransa, fərsiz prezidenti Emanuel Makrinun apardığı uğursuz "siyasət" nəticəsində sıxışdırılaraq aradan çıxarılır. İndi bu regiona kimin nəzarət edəcəyi, Rusiya-ABŞ "sxodkasının" nəticələrindən sonra məlum olacaq. Yəni Moskva və Vaşinqton bu işin içindədilərsə, deməli qarşıda Niger xalqını uzun, məşəqqətli illər gözləyir...

TƏQVİM / ARXİV