adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

AFFA-nın «QARABAĞ»la NƏ DÜŞMƏNÇİLİYİ?Aqil ABBAS yazır

AQİL ABBAS
875 | 2024-02-28 09:29

AFFA-nın qara üzünü ağartıdığına görədirmi bu düşmənçilik? 

Azərbaycan futbolunu Avropada və dünyada  yüksəltdiyinə görədirmi bu düşmənçilik? 

Məhlə  komandalığından çıxıb Avropa klubları  səviyyəsində bir komanda olduğuna görədirmi bu düşmənçilik? 

«Qarabağ  Azərbaycandır» şüarını  Avropada hayqırdığına görədirmi bu düşmənçilik?

Bəlkə Azərbaycanın  Lobanovskisi Qurban Qurbanova görədir bu düşmənçilik? Nə bilim ey, nə qədər saymaq olar. Əl çəkin də Qurban Xocanın  ayğır atlarından. 

Qarşıda Avropa nəhəngi olan «Bayer» komandası ilə 1/8 final oyunu  var. Qurban Xoca   AFFA-ya müraciət edib ki, «Qəbələ» və «Neftçi» ilə oyunları təxirə  salsınlar, amma AFFA etiraz edib. 

Görəcəksiz, kimlərinsə tapşırığı ilə  bu görüşlərdə «Qarabağ»ın aparıcı oyunçularının qılçalarını vurub  şikəst edəcəklər ki, «Bayer»lə oyuna  çıxa bilməsin. Onsuz da iki aparıcı  futbolçusu «Bayer»lə oyuna  çıxa bilməyəcək. Görün neyləyirsiz, daha bir-iki  futbolçusunu da şikəst  edib oyundan kənar   saxlaya bilərsinizmi? 

Qəm eləmə, Qurban Xoca, Allah da  sizinlədir, 10 milyonluq Azərbaycan xalqı da. Qaldı  «Qəbələ» və «Neftçi» ilə oyuna, əvəzedici  heyəti  çıxarın, inşallah, onlar da qalib gələr və AFFA-nın  bağrı  partlayar.
 

TƏQVİM / ARXİV