adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: AQİL MƏMMƏDOV, AT AL, AT

AQİL ABBAS
62334 | 2019-07-05 10:44

Songünlər Kəlbəcər Rayon İcra Hakimiyyətininbaşçısı Aqil Məmmədovun İcra Aparatına maşın almaq məsələsi gündəmizəbt edib. Sağdan da vururlar, soldan da. Qəzetlər, saytlar, sosial şəbəkələr...

Məsələbelədir ki, Maliyyə Nazirliyi Kəlbəcər Rayonİcra Hakimiyyətinə 50 min manat pul ayırıbki, Aparata bir maşın alsın, müavinlərin maşını yoxdu. Başçı da bir elan verib ki, Aparata bir«Mersedes» almaq istəyir, 2010-cu ilin.Və hamı da yazır ki, «Mersedes» sənin haranayaraşır? Yetim əlində, qaçqın əlindəqoğal, əcaib.

Rayon icra hakimiyyəti başçılarının xidməti maşınlarıadətən «Mersedes», «BMV», «Toyoto» və «Nissan» markalıdı. Bu maşınlarıdövlət verir. Və bu maşınların çoxu datəzə deyil. Bir müddət Prezident Aparatında, ya Nazirlər Kabinetində hansısa məmurların istifadəsində olur, sonradan da Aparat onu icrabaşçılarına verir. Dəqiq məlumatlarım da var, amma lazım deyil. Belə çıxırki, rayonlar arasında fərq qoyulmalıdı. Qaçqınrayonların başçıları sınıq-salxaq maşınlarda gəzməlidir. Bu nə yanaşmadı, bu nə düşüncədi,bu nə təfəkkürdü?

Ağdamişğal olunmuşdu, Qərvənd hələ bizdəydi, icrahakimiyyəti də Qərvənddə yerləşirdi. Professor Habil Qurbanov başda olmaqla, dostlaryığışıb hər həftə imkan daxilində əsgərlərimizə, eləcə də mülki vətəndaşlara yardımlaraparırdıq, təxminən 6-7 dost. Çox qəribədir ki, həmin vaxt «İnturist» mehmanxanasının direktoru Ağarəhim Əliyev (Allah rəhmət eləsin) həmişə Ağarza adlı bir qohumunu da bizimlə Ağdama yola salırdıvə çox yüksək səviyyədə də yardımlar göndərirdi.

Yenəsəhər Ağdama getməyə hazırlaşırdıq. AxşamHabil Qurbanov zəng elədi ki, səni şəhərdə gözləyirəm. Görüşdük. Getdik bir bahalıgeyim mağazasına. Bir bahalı kostyum, köynək, qalstuk və ayaqqabıseçib aldıq. Dedim, Habil, bunlar xeyirdimi, özünə deyəsən geyim-gecim alırsan? Dedi, özümə almıram, Səyavuş müəllimə alıram. (Səyavuş Vəliməmmədov həmin vaxt Ağdamınicra başçısı idi). Soruşdum ki, ad günü-filandı? Dedi, yox, biz ağdamlılar həmişəgözəl geyinib-gecinmişik. Qoy Səyavuş müəllim Bakıyaiclaslara gələndə bu kostyumu geyinib gəlsin. Deməsinlər rayonuyoxdu deyin kasıbcasına geyinir.

Nə isə, getdik. Yardımları paylayandansonra gəldik icra hakimiyyətinə. Səyavuş müəllim hədiyyəniqəbul eləmək istəmirdi, bir az dakövrəlmişdi. Habil müəllim dedi ki, mən ölüm, geri qaytarma, bunu geyin get iclaslara.

Buqaçqın camaata, bu qaçqın rayonlara az axmıra vurun.

Yerigəlmişkən, Elman Məmmədov XocalıRayon İcra Hakimiyyətinin başçısı işləyən vaxtrayondan gələrkən yolda onunlarastlaşdım. Maşını xarab olmuşdu. Bir köhnə«QAZ-24» idi, babat bir təpik vursantökülərdi. Dedim, bu nə maşındı? Dedi, olanımız budu. Xocalı camaatı da əlli-əlli beş rayonadağılıb. İndi gəl bu köhnə, sınıq-salxaq maşınla bu rayonları gəz, camaatınproblemləriylə məşğul ol və sair və ilaxır .

Gəldim,manşetə bir yazı çıxartdım: «Elman müəllim, at al, at!» . Və nələrsə yazdım. Sonraeşitdim ki, Elman müəllimi Prezident Aparatına çağırıblar vəbu yazıya görə möhkəm danlayıblar.Amma elə həmin gün ona təzə bir xidməti«QAZ-24» veriblər.

İndiKəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı da başqarayonların icra başçıları kimi rahat maşında gəzə bilməz, gərək sınıq-salxaqda gəzə. Qaçqındı, qaçqınıq, necə deyərlər, halımısorma.

Dünən oxudum ki, başçı «Naz-Lifan»dı-nədi, ondan alıb. Neyləyək, yetim qızıq daqıvrılıb yataq. İndi buyursun digər rayonlarınbaşçıları da «Naz -Lifan»da gəzsinlər. Bilmək istərəm onlarınKələbəcərin icra başçısından nələri artıqdı?

Aqilmüəllim, sənə də bir məsləhətim var. Burax o «Naz-Lifan»ı, özün də dağ adamısan. At al qardaş, at!


TƏQVİM / ARXİV