adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7

Aqil ABBAS: AZƏRBAYCAN POLİSİNƏ TƏŞƏKKÜR

AQİL ABBAS
49658 | 2019-09-18 10:07

İlk dərs günü şəhərin ən çətin günlərindən biridi. Təbii ki, söhbət nəqliyyat vasitələrindən, tıxaclardan gedir. Qısası, şəhər zənci saçına dönür. Və həmin gün polislərin üzərinə dahaağır bir yük düşür.

Təkcə bu il 45 min uşaq 1-ci sinifə gedir.Bu təxminən 90 min valideyn deməkdi. Bu ən azı 30 minmaşın deməkdi. Və yuxarı sinifləri dəəlavə edəndə, bir riyaziyyatçı lazımdı bunu hesablasın.

Evimdən Azneftdəki 6 nömrəli məktəbə qədərbeş məktəbin önündən keçməliyəm.Allah bütün balaları xoşbəxt eləsin,iki nəvəmi 1-ci sinifə aparırdım. Gecədən yol gözümədurmuşdu, daha doğrusu, tıxaclar. Bəli, tıxac var idi. Ammagördüm ki, polislər ustalıqlatıxacları elə gözəl tənzimləyirlər ki,heç bir narahatçılıq olmurdu. Sanki əvvəlcədən bu yolları diqqətlə öyrənmiş və tıxacların qarşısının necə alınmasınıplanlaşdırmışdılar. Maşını saxlayıbpolislərə xüsusi təşəkkürümü elədim.

Ümumiyyətlə, dərslər başlayandan sonra polislərinişi daha da ağırlaşır.

Onu da xüsusilə qeyd edim ki, əslində tıxacyollarda deyil, bizim beyinlərimizdədi.Əgər biz yol hərəkəti qaydalarına düzgün əməl etsək, iki dəqiqədən ötrü qarşı yola çıxmasaq, qırmızı işığa düşəbiləcəyimizi bilə-bilə keçib yolubağlamasaq, piyadalar da hardan gəldi yolu keçməsələr həm yollarbir az rahat nəfəs alar , həm də polis birbelə əziyyət çəkməz.

İlk dərs günü ilə əlaqədar canımızı tıxaclardan qurtardıqlarına görə, yollardanizam-intizam yaratdıqlarına görə Azərbaycan polisinə təşəkkürümü bildirirəm.

Və o da təbiidir ki, polislər, daha dəqiq desək, yol polisləri nə qədər çalışsalar da yenə mütləq narazılıq yaranır. Dərs günlərində məktəb ətrafından keçən küçələri tıxaclardan xilas eləməyin başqa bir sivil yolu da var və dünyanın inkişaf etmiş ölkələrininhamısında bu yoldan istifadə edirlər. Bu barədə ayrıca məqaləm olacaq.


TƏQVİM / ARXİV