adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7

Aqil ABBAS: ELMAR MƏMMƏDYAROVUN GENİŞ ÜRƏYİ

AQİL ABBAS
57507 | 2018-10-18 10:00

Avropaölkələrindən tutmuş ABŞ-a qədər, Rusiya da içində olmaqla, dünyanın tanınmış vətanınmamış simaları, deputatlar, politoloqlar, sənətçilər, müğənnilər, day nə bilimhansı kərtənkələlər Dağlıq Qarabağı su yolunadöndəriblər. ABŞ-ın və Avropanın üzdə olanşirkətləri gəlib Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan rayonlarındaməktəb tikir, ev tikir, bağça tikir, otel tikir, yol çəkir, su çəkir. İşğal altındakı rayonlarımızla qardaşlaşır, bacılaşır, sevgili olur, nə bilimday nə olur.

Ogün də biz Qarabağ xanlığının yaranmasının 270 illiyini qeyd eləməsək də, Pənah xanın saldığıXankəndinin Şaumyanın adının verilməsinin95 illik yubileyinə yenə tökülüb gəlmişdilər.Bayram elədilər, yedilər, içdilər, dikdilər və getdilər.

DağlıqQarabağa və ümumiyyətlə, işğal olunmş QarabağaAzərbaycan hökumətindən icazəsiz gələnlərinhamısı dövlət sərhədini qanunsuz keçdiklərinəgörə cinayət məsuliyyəti daşıyırlar və onlar Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə cinayətə cəlb olunmalıdırlar.

Vəbunların bir çoxu haqqında da cinayət işi qaldırılır . Və hətta Lapşini də tutub gətirib soxdular həbsxanaya.

Məsələnədi? Bu gəlib-gedənlərin bir çoxu xarabalarınadöndükdən sonra bizim Xarici İşlər Nazirliyinə bir üzrxahlıq məktubugöndərirlər, səhv elədiklərini bildirirlərvə bağışlanmalarını xahiş edirlər. Təbii ki,Elmar müəllimin də ürəyi çox genişdi, elə üzrxahlıq məktubunu alan kimi onları«əfv» eləyir.

Haqlarındacinayət işi qaldırılan adamları hansı səlahiyyətlərlə Xarici İşlər Nazirliyi «əfv» eləyir.Nə vaxtdan məhkəmə-hüquq sistemi öz səlahiyyətlərini Xarici İşlər Nazirliyinə verib?

Hörmətlihüquqşünaslar, məhkəmə-hüquq sisteminin səlahiyyətlərinimənimsədiyinə görə XİN məsuliyyət daşıyır, yoxsa yox?

Nəisə.. .

Xariciİşlər Nazirliyi Əfv Komissiyası deyil, XİNdövlət sərhədini qanunsuz pozanlar haqqında əlində olan məlumatları hüquq-mühafizə orqanlarına göndərməlidi,qalanları hüquq-mühafizə orqanlarının işidi.

P.S.Çox hörmətli Elmar müəllim, bir urus müğənnisi vardı ey, gəlib Xankəndində konsert vermişdi, siz də onun adını «qara siyahıya» salmışdınız. Sonra da üzrxahlıq məktubu yazdı vəonu da qeyd elədi ki, gəlib işğaldan azad olunmuş Cocuq-Mərcanlıda da konsert verməyəhazırdı. Siz də onu «əfv» elədiniz. O müğənnigəlib Cocuq-Mərcanlıda konsert verdi, bilmirsiniz?


TƏQVİM / ARXİV