adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: FİRUDİN MÜƏLLİMƏ HEÇ YARAŞDIRMADIM

AQİL ABBAS
56356 | 2019-10-14 09:08

Firudin Cəlilovgörkəmli alimdi, hamının qəbul etdiyi ziyalıdı, kitabları dərs vəsaiti kimiistifadə olunur. Azadlıq hərəkatının öndə gedənlərindən olub vəsair və ilaxır. Hamının da ona böyük hörmətivar.

Çox təəssüf ki,bu günlərdə «Bakupost»a verdiyi açıqlamalarda öz nüfuzuna kölgə salıb. Vurğun Əyyubaxalq sevgisini qısqandımı, ya nə. Kimsə Firudinmüəllimin əməyinin üstündən xətt çəkməyib, amma özü çəkdi. Və bir qədər də tarixi qarışdırdı.

Əvvəla, müəllimlərinəmək haqlarının artırılması Yaqub Məmmədovun yox, Elçibəyin zamanındabaş tutdu, özü də üç dəfə yox, beşdəfə artırılmışdı. Təklifin Firudinmüəllimdən gəlməsi ola bilər, biz işin içində deyilik. Amma bunuElçibəyin yox, öz adına yazması inandırıcı deyil.

Pənah Hüseyn «AzPost. az» saytına verdiyi müsahibəsindəFirudin müəllimin bütün dediklərinəçox sərt münasibət göstərib və faktları qoyub ortaya. Ona görə də biz birbəbir həmin faktları saymaq istəmirik, sadəcə, bir-iki söz demək istəyirik.

Əvvəla, Azərbaycanda testin yaradıcısı Əbülfəz Elçibəydir. Və bununicraçısı, həyata keçirəni, bu ideyanı reallaşdıranı da Vurğun bəydi.

Ostap Bender ksendzlərlə dinlə bağlı mübahisə edəndə belə bir söz deyir:

- Boqa net, eto mediçinskiy fakt.

İndi Vurğun bəyin Azərbaycandatestin yaradıcısı olması da Ostap Benderin dediyi kimi «mediçinskiy fakt» olmasa da, «yuridiçiskiy fakt»dı.


Başqa bir məsələ də nədi? Deyir ki, Elçibəylə uzun mübahisədən sonra qapını çırpdım, otaqdan çıxdım.Qapını prezidentin üzünə çırpmaq?Kim inanar buna, bu bir. İkincisi, qapını prezidentinüzünə çırpmaq qəhrəmanlıq deyil, tərbiyəsizlikdi. Hansı ki Firudin müəllimAzərbaycanda ən tərbiyəli adamlardan biridi.

Çox qəribədi ki, Elçibəyi gözdən salanlar və ya gözdən salmağa çalışanlarElçibəyin öz silahdaşlarıdı, özününyetişdirdiyi siyasətçilərdi. Elçibəynə günah işlədib ki, onun silahdaşlarıOna belə qənim kəsiliblər və Onu haqq dünyasında da rahat yaşamağa qoymurlar.

Günəşi örtsədə qara buludlar,

Yenə qüdrətini özündə saxlar.

İnsanın özü-özünə elədiyiniel yığışa eləyə bilməz.Təəssüf ki, Firudin müəllim illərləqazandığı hörməti bircə müsahibəsiilə yerə çırpdı.

Və bu açıqlamalarFirudin müəllimə heç yaraşmadı.

Vaxtilə Elçibəylə bağlı vəfatından sonra yazdığımbir məqalədə qeyd eləmişdim ki, Bəy Məhəmməd peyğəmbərdəndaha çox İsa peyğəmbərə yaxın idi.

Məhəmməd peyğəmbər deyirdi: «Savaş, sənə qarşı savaşanlarlasavaş!»

Elçibəy heç vaxt ona qarşı savaşanlarla savaşmadı, İsa peyğəmbər kimi ona qarşısavaşanları həmişə bağışladı.


TƏQVİM / ARXİV