adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

AQİL ABBAS: HANSI HAQQINIZI HALAL EDİRSİZ?!

AQİL ABBAS
90749 | 2019-06-18 09:45

18-19-20, olsun25 yaşında çiçəyi burnunda balalarsənin, mənim, bizim , bu Vətəninuğrunda şəhid olurlar! Özü də birdə gəlməyəcəkləri bu dünyadan heç birləzzət almamış, arzuları hələ çırtlamamış şəhid olurlar.. Molla databutun başında bir «Fatihə» oxuyandan sonra yekə-yekə deyir:

- Camaat , haqqınızıhalal edin!

Camaat da yekə-yekə bir minnət qoyur:

- Halalı olsun!

Hansı haqqınızı halal edirsiz arzuları əvəzinə sinələrində düşmən güllələrindən qan çiçəkləmiş o 18-19 yaşındakı şəhidlərə?! Onların üzərindəhansısa bir haqqınız varmı?! Bəlkəyolda- irizdə ata-analarını görəndə «əsgər valideynləridi» deyib xoş üzlədindirmisiz?! Məclislərdə yuxarı başdaoturdub əsgər balalarının, özlərinin sağlığına ayaq üstə badə qaldırmısız?!Hansısa bir qəbula gələndə növbəsiz qəbuledib dərdlərini dinləmisiz, qayğılarına qalmısız, əsgərlikdəki övladlarına salam göndərmisiz,pulsuz müalicə eləmisiz, apteklərdə dava-dərman alanda güzəşteləmisiz «Əsgər valideynləridi!» deyə?! Sayım, bəsdi? Hansı haqqınızı və ya hansı haqqımızı halal edirik qızgörməmiş sinəsindən yaralanıb səngərlərdəqalan, ömürləri çiçək kimi vaxtdan əvvəl solan, göz yaşları qurumayananaları saçlarını yolan bu şəhid balalara?!

Haqqı olan onlardı!Özü də hamının üzərində! Səngərlərdə gözlərini qırpmadan, Lazımı gözləyə-gözləyə şəhid olurlar ki, biz toylarda «Mən bu cahanasığmazam»a tər dabanımızdan çıxanaqədər oynayaq, restoranlarda yeyək-içək,gözəl-gözəl istirahət yerlərində kef partladaq! Londonda villalaralaq, bir nahara 328 min funt-sterlinqxərcləyək, balalarımıza 1 milyon dollarlıq oyuncaq alaq, Baham adalarındaviski içək! Beynəlxalq Bankdan milyardlarıgötürüb aradan çıxaq ! Ata-anaları yanımızagələndə də qapı dalında qoyaq. Sayım, bəsdi?!

Haqqı olanlar onlardı!Onlar bizə haqlarını halal edirlərmi? İnanmıram! Siz inanırsınızmı?

Uzun illər bundanəvvəl belə bir yazı qələmə almışdım.Qısasını deyim, tapıb bir gün təkrar çapedərəm.

Deməlibelə. Şuşanı azad etmişik, Cıdır düzündə bayrağımızı qaldırırıq,himnimiz çalınır .

Qələbədən sonra geriqayıdan bir qrup əsgər qəbiristanlıqlara gedib həm şəhid yoldaşlarının, həm də öz atalarının məzarlarını murdarlayırlar.

Həbsolunurlar, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham edilirlər və məhkəməyə çıxarılırlar.

Hakimhəmin gənclərdən soruşur ki, niyə belə bir əxlaqsız hərəkət etmisiz?

Əsgərlər:

-Yoldaş hakim, Xocalıda, Xankəndində, Şuşadaşəhid olan qardaşlarımız qucaqlarımızda can verərkən xahişetdilər ki, qayıdanda atalarının goruna işəyəkki, niyə özləri kef edib, şəhidliyi bizə saxladılar?Biz onların son arzularını yerinə yetirməyəbilməzdik.

Şəhidlərhaqlarını bizə halal edirlərmi?!

Ammaedə bilərlər! Bir şərtlə!

ŞUŞADA AZƏRBAYCAN BAYRAĞI DALĞALANANDA!

YA DA GORUMUZA…


TƏQVİM / ARXİV