adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: QƏLƏBƏ GÖYƏ YAXIN OLANLARINDI

AQİL ABBAS
71369 | 2018-05-24 10:04

Nə qədər vaxt azlığı olsa da, yuxulardan oğurlayıb gəncnəslin yaradıcılığını izləyirəm. Və ləzzət eləyir. Çox istedadlı yaradıcı bir gəncnəsil yetişir. Həm istedadlı, həm dəli-dolu,ipə-sapa yatmayan. Gənclik elə belə olmalıdır də. Onları çərçivəyə salarsan, istedadlarıda məhv olar. Bəzən kobud səhvlər də edirlər,o dəqiqə az qalırıq onarı çarmıxa çəkək.Bəzən bu kobud səhvləri qəsdən edirlər, gündəmi zəbt etmək üçün. Qoy eləsinlərdə. Nə dünya dağılacaq, nə də bizim korifeysənətkarlarımız onların bu sataşmalarından nəysə itirəcək.

Sevdiyim və izlədiyim2000-cilər çoxdu. Şərif Ağ, Zahir Əzəmət, Aqşin Yenisey , Seymur Baycan, İlqar Rəsul,Ayxan Ayvaz, Qan Turalı, Kənan Hacı, Elnur Astanbəyli, Oğuz Ayvaz, Qismət, KəramətBöyükçöl, Aysel Əlizadə, Günay Arda, Rəbiqə Nazimqızı, Pərvin, Arzu Hüseyn və sairvə ilaxır. «Və sair və ilaxır»a düşənlər haqqında da zaman gələr, ayrı bir yazı yazarıq. Çox sevdiyim şair Ayaz Arabaçı bu siyahıyadüşmür, çünki o artıq klassikdi.

Bu istedadlı yazarlaraqəzetimizdə həmişə meydan vermişəm. Bəzilərinin əsərlərihaqqında da ürək sözlərimi yazmışam.Deyəsən, axırıncı dəfə Şərif Ağın kitabındanyazmışdım. O da gül kimi Şərif Ağayarıydı, sonra gördü ki, hamı ağ eləyir, dedimən onlardan niyə geri qalmalıyam ey, onlardan da istedadlıyam – oldu Şərif Ağ.

Əlimə bir kitab keçdi. Önümdə İlqar Kamilin «Yerlə göy arasında»kitabı var. Düzü, əvvəlki əsərlərini oxumamışdım.Sosial şəbəkələrdə maraqlı statuslarına rast gəlirdim. Axtarıb kitabınıtapdım. Yuxuma haram yox, halal qatdım,gecə saat 3-də kitabı oxuyub bitirdim. Əsərözü oxutdu məni. O qədər maraqlı bir süjet qurmuşdu ki, maraq məni apardı və sabaha saxlamadı.Yazıçının çox şirin və axıcı bir dili var. Adi cümlələrində bir poeziya var, maraqlı bənzətmələr var: «Günəşinpəncərədən içəri süzülən ilıq şüasıüzünə-gözünə , boynuna zərif qadınbarmaqları kimi toxunub onu yuxudan oyadanda…»,«Çiskin, sərin bir cümə axşamıdı. Tapdanmaqdanzövq alan islaq yollar yavaş-yavaş kimsəsizləşir,sanki oyun bitir və qeybli bir əl adamları şahmat fiqurları kimi küçələrdən yığıb qutusunaqoyur». Bir bənzətməsi mənə lap ləzzət elədi: «Bir çalmından da Vaqif Bayatlıya bənzəyən çəlimsiz şair dərhal ucadan oxudu:...»


Əsər İmam Hüseynləbağlı bir hədisin üzərində qurulub. Özüm də İmam Hüseyn aşiqi olsam da, o hədisibilmirdim, ona görə də əsəri başa çatdırmaq istəyirdim görüm ki, yazıçı bu ağrını necə həll edəcək vəhəll edə biləcəkmi? Əsərin qəhrəmanı Cavanşir adlı kitabdan, dəftərdən uzaq birmaşın ustasıdı. Kitabdan, dəftərdən uzaq olsa da, dəli-dolu, qeyrətli, ürəyi həmişə Allahı ilə düz bir kənd cayılıdı. Haqsızlığa, ədalətsizliyə hamı kimi göz yuma bilmir. Özü də bu haqsızlıqların,ədalətsizliklərin qurbanına çevrilir, ammabir addım geri çəkilmir, haqq yolunda ölümünəgedir. İmam Hüseyn aşiqidir, bu eşq də onuhaqsızlığa boyun əyməyə qoymur.

Bizim lap özündənrazıyazarlarımız var ki, dialoqları çox ütülü,cansıxıcı, elə bil akademiklər danışır. İlqarın dialoqları isə çox canlıdı, Bakıkəndlərinin koloritini bu dialoqlarla verə bilib.

Əsər bu günümüzünyezidi Sex Nadirlə İmam Hüseyn aşiqi Cavanşirin «Novxanımüsibəti» üstündə qurulub. Və bu savaşda İmam Hüseyn aşiqi zəmanəmizin yezidinəqalib gəlir. Bir arxasız, kimsəsiz, həttanişanlısının da qorxusundan nişanını qaytarıbkənddən qaçmış və Allahdan başqa heç nəyə ümidi qalmayan bir kənd qızının namusunu canı bahasına Yeziddən qoruya bilir.

Əsərdə maraqlı obrazlarçoxdu: yazıçı İsfəndiyar müəllim, İsfəndiyarmüəllimin qələm dostları – Xudayar Məmmədov və Ələkbər Qafarzadə, Cavanşirin dostları– Səbuhi, İdrak , anası Hicran xanım və təbii ki, həm də Yezid, yəni Sex Nadir.

Düzdür, bir qədər publisistika özünü göstərir, xüsusilə də yazıçıİsfəndiyar müəllimin şəhərdən gələn qonaqlarla dini mövzuda mübahisəsi. Yəni ateist yazarlarla Allahlıyazarın mübahisəsi.

Təbii ki, başqa iradlarımda var. Mən tənqidçi deyiləm, əsəri təhlil etmək fikrim də yoxdu. Sadəcə, bir gəncyazarın romanını oxudum, bir-iki kəlmə ürək sözlərimi dedim.

Mən bütün əsəri danışmaq fikrində deyiləm. Kitabı «Qədimqala» nəşriyyat evi çap edib, yəni tapıb oxuya bilərsiz.

«Yerlə göy arasında»…Müəllif də yerlə göy arasında qalıb, əsərinqəhrəmanı Cavanşir də. Amma sonda göylərəyaxın olan qalib gəlir.

İlqar Kamil Rusiyadayaşayır. Azərbaycandan kənarda belə bir yazar və ziyalının olmasına çox sevindim.


TƏQVİM / ARXİV