adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Baydenin Ukrayna ilə bağlı yeni strategiyası - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
883 | 2023-02-03 10:30

Ukraynada münaqişə yeni fazaya qədəm qoyur. Bloombergin eksperti Xol Brends bəyan edir ki, ABŞ-ın bu müharibəylə bağlı strategiyası dəyişməyə başlayıb.

Ekspertin sözlərinə görə, Ukrayna münaqişəsiylə bağlı Vaşinqtonun münasibətini dəyişməsi, tərəfləri məsələnin diplomatik yolla həllinə gətirib çıxaracaq.

"Rusiya nüvə silahı ilə bağlı təhdidlərini aradan qaldırır, çoxsaylı itkilərlə müşayət olunan uzun müddətli müharibə daha da şiddətlənir"- deyə bildirən Brends, əlavə edir ki, amerikan prezidenti Co Baydenin administrasiyası Ukraynaya hərbi yardımları artırmaqla güman edirlər ki, bu münaqişənin diplomatik yolla həllinə gətirib çıxaracaq.

Ekspertin fikirincə, Vaşinqton Ukraynanın Hərbi Qüvvələrinə "ehtiyatla optimistcəsinə" yanaşırlar. Brends hesab edir ki, Baydenin Ukrayna ilə bağlı üç yeni əsas strategiyası var. Əvvala ABŞ rəhbərliyi bu münaqişədə əsas hədəflərini dəqiq müəyyənləşdirməlidir. Hazlrda ABŞ istəyir ki, Ukrayna hərbi cəhətdən müdafiə olunsun, siyasi və iqtisadi cəhətdən ayaqda qalmağı bacarsın. Artıq Birləşmiş Ştatlar Donbassın və Krımın Ukraynaya qaytarılmasıni vacib şərt hesab etmir.

Ekspertin fikirincə, "ABŞ müharibənin sonsuzluğa qədər uzanmasını istəmir. Çünki bu müharibə Ukraynanı boş səhralığa çevirir və qərbin büdcəsinə ciddi zərbə vurur".

İkincisi , yeni strategiya Ukrayna ordusunu ən müsir silahlarla təmin etməyi nəzərdə tutur. Üçüncüsü,Bayden Krımın güc yoluyla qaytarılmasını dəstəkləmir, lakin "yarımadada yerləşən Rusiyanın hərbi obyektlərinə zərbələr endirməyi" məqbul sayır.

"Beləliklə, Bayden çalışır ki, Ukrayna Rusiya qüvvələrinə qarşı təyziqi artırsın. Mümkündür ki, ABŞ növbəti hərbi fazanın sonunda, vəziyyəti öz xeyrinə dəyişsin"- deyə Brends bildirir.

Ukraynanın Fransadakı şəfiri Vadim Omelçenko bəyan edib ki, qərb ölkələri Kiyevə 321 ədəd tank göndərməyə söz verib. Ukrayna prrzidenti Volodimir Zelenski tələb edir ki, tanklar münkün qədər tez göndərilsin. "Əgər bu tanklar avqus-sentyabr aylarında göndıriləcəksə, bu çox gec olacaq"- deyə Zelenski bildirib.

Artıq Portuqaliya, Finlandiya, İspaniya və Niderland Kiyevə döyüş maşınları göndərmək istədiklərini bildiriblər.

Rusiya Federasitasının prezidenti Vladimir Putin, qərb dövlətlərinin Ukraynaya 321 ədəd hərbi texnikanın göndərilməsi məsələsiylə bağlı bildirib ki, "biz qərblə sərhədlərə tanklarımızı göndərməmişik. Bizə qarşı zirehli texnikaların gpndərilməsiylə iş bitməyəcək. Bizim buna cavab verməyə gücümüz var".

Rusiya lideriinin fikirincə, "Kollektiv Qərb bu hərkətlətiylə Rusiyanı cavab verməyə məcbur edir".

 

 

 

TƏQVİM / ARXİV