Münaqişə bitər, Qafqazı rahat buraxsalar - Vüqar Abbasov yazır

VÜQAR ABBASOV
3973 | 2024-01-24 12:01

Bugünlərdə, mərkəzi idarəsi Almaniyada olan, Avropa Xəbər Agentliyində (European News Agency) Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı yazım yayımlanıb. Həmən yazınını Azərbaycan dilində  “Ədalət”in oxucuları ilə də bölüşmək istəyirəm. Xüsusi qeyd etmək istəyirəm ki, yazı readksiyaya 13-10-2023 – cü ildə təqdim olunub, yəni bayrağımız Xankəndində dalğalanmamışdan öncə. O vaxtdan da redaksiya ilə yazışmalarımızın nəticəsində yazıya bəzi düzəlişlər etdim, sonunda yazı yayımlandı. Etiraf edim ki, artıq yazının veriləcəyinə inamımı itirmişdim. Hər bir halda yazıda Azərbaycan həqiqətlərinin öz əksini tapdığına inanıram.

***

Qafqazda baş verənlər yenə də dünyanın diqqət mərkəzindədir. Daha doğrusu, Azərbaycanın bir hissəsi olduğuna, əslində, kimsənin şübhə etmədiyi, hər bir siyasətçinin bildiyi, Qarabağda baş verənlər dünyanın diqqət mərkəzindədir. Qarabağın Azərbaycanın ərazisi olduğunu sübut etmək o qədər də çətin deyil, sadəcə Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinə (S/RES/822 (1993), S/RES/853 (1993), S/RES/874 (1993), S/RES/884 (1993)ç mənbə: https://www.un.org/securitycouncil/content/resolutions-adopted-security-council-1993) və iyinminci əsrin əvvəllərində olan xəritəyə baxmaq kifayət edir. Bundan başqa, Azərbaycan Respublikası 1991 – ci ildə o zamnkı SSRİ – dən ayrılaraq mütəqilliyini elan edib və dünyanın bir çox dövlətləri, həmçinin də Avropa dövlətləri Azərbaycanın müstəqilliyini tanıyıblar və həmən vaxt olan ərazi si,  86,6 min kv. Km. ərazi ilə, yəni Qarabağ da daxil.  Ermənitstanın hazırkı Baş Naziri Nikol Paşinyan da Azərbaycan ərazisinin bütövlüyünü tanıyıb, yəni 86,6 min kv.km. olmasını. Bu da o deməkdir ki, Qarabağın Azərbaycan ərazisi olmasını rəsmən tanıyıb.

Məlumat üçün qeyd edim ki, Ermənistan təxminən otuz il öncə Azərbaycanın ərazisi olan Dağlıq Qarbağ (o zaman belə adlanırdı, indi isə sadəcə Qarabağ adlanır) və yeddi rayonunu işğal etmişdi.  27 sentyabr 2020 – ci ildə başlayan və 10 noyabr 2020 – ci ildə bitən 44 günlük müharibə ilə Azərbaycan öz ərazilərinin bir hissəsini işğaldan azad etdi.

İndi isə Azərbaycan ərazilərinin tamını öz nəzrətinə almaq istəyir. Bu da o deməkdir ki, Xankəndi də daxil olmaqla digər ərazilərdən Ermənistanın silahlı birləşmələrini çıxartmağa çalışır. Amma ən yuxarı səviyyədə orada yaşayan ermənilərə müracət edilib ki, Azərbaycan vətəndaşlığını qəbul edən və qanunlarımıza əməl edəcək hər bir erməni Qarabağda yaşamağa davam edə bilər. Artıq xeyli sayda erməni millətindən olan şəxslər də Azərbaycan vətəndaşlığını almaq üçün müraciət edibdir.  Görkəmli Fransız yazıçısı Jan – Jak Russo “İctimai müqavilə” əsərində “Dövlətin qanunlarına tabe olanlar  vətəndaş adını alırlar” yazır və haqlıdır da.  Bir çox erməni millətindən olan şəxslər isə vətəndaşlığı qəbul etmək istəməyərək Qarabağı tərk ediblər. Əslində anlaşılandır, bütün bu olanlardan sonra ehtiyatlı davranmaları üçün əsasları ola bilər. Amma inanıram ki, bir müddət sonra bir çoxları yenə də geri qayıtmağa qərar verə bilərlər. Dünyanın bir çox ölkələrinin rəhbərləri də bu durumdan naratlğını ifadə ediblər. Anlaşılan ola bilərdi, əgər həmən dövlətlər 1992 – ci ildə Azərbaycanın ərazisi olan, o zamankı Dağlıq Qarabağ və digər yeddi rayon işğal olunanda, bir milyona yaxın insan öz yaşayış yerini tərk edəndə də narahat olsa idilər. Anlaşılardı, əgər 1992 – ci ilin 26 fevralında Xocalıda baş verənlərə də həssas münasibət bildirilsə idi. Amma bunu görmədik.  Özümə sual edirəm, görəsən nədən görmədik? Həmçinin sual edirəm, görəsən bu gün baş verənlərdən narahat olan bəzi dövlət başçıları bu narahatlıqlaırnda nə qədər səmimidirlər?

O zaman, yəni ötən əsrin 90 – cı illərində Ermənistan Rusiyanın köməkliyi ilə Azərbaycan ərazilərini işğal etdi.  Bu gün isə Azərbaycan öz ərazilərini işğaldan azad edə bilir, çünki Rusiyanın başı Ukrayna müharibəsinə qarışıb.  Bəziləri israrla bu baş verənlərə dini aspektdən  baxmağa çalışırlar. Amma bunun dini savaş olmadığını da çoxları yaxşı bilir. Dini bir savaş olsa idi, İran Ermənistana, İsrail isə Azərbaycana tərəf saxlamazdı. Məsələ əslində çox fərqlidir. Böyük güclərin Qafqazda güc yarışmasıdır, maraqlarının təmin edilməsi savaşıdır. İllərdir Rusiya və bir çox Qərb dövlətləri Ermənistana tərəf saxladı, kimsə bunları görmədi. Bu gün Türkiyə Azərbaycana tərəf saxlayır, əslində isə haqlı tərəfə tərəfkeşlik edir. Bir çoxları isə bundan narahat olurlar. Məncə, narahat olmağına  dəyməz. Əgər belə narahatdırlarsa, Qafqaza rahatlıq versinlər və imkan versinlər ki, bu iki xalq, Erməni və Azərbaycan xalqı öz talelərinə özləri qərar versinlər İnanıram ki, belə olduğu halda, bu münaqişə, bir daha yenidən başlamamaq şərti ilə, sona çatar.

Vüqar Abbasov.

[email protected]

 

TƏQVİM / ARXİV