adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

"Qaz kəmərini ABŞ partladıb" - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1059 | 2023-02-09 11:51

Jurnalist araşdırmaları üzrə mütəxəsis, amerikan hüquq müdafiəçisi Seymur Xerş öz məqaləsində yazır ki, "Şimal axını" qaz kəmərinin partladılması əməliyyatı, ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib.

Jurnalistin ehtimallarına görə, əməliyyatı sualtı qayıqlardan istifadə etməklə, ABŞ-ın hərbi dəniz qüvvələri həyata keçirib.

Əməliyyar planını Co Baydenin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Cek Sallivan təqdim edib. Planın müzakirəsində dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nuland iştirak ediblər.

HDQ-ı, əvvəlcə qaz kəmərini sualtı qayıqlardan atılan torpedolardan istifadə etməklə sıradan çıxarmağı təklif etsələr də, Mərkəzi Kəşviyyat İdarəsi daha gizli variantlardan istifadə etməyi təkid ediblər. Bunun üçün MKİ-si diversiyanın həyata keçirilməsi üçün daxili işçi qrupu yaradıb.

Mərkəzi kəşviyyat idarəsi xüsusi təyinatlılarından istifadə edə bilməzdi. Çünki o halda konqressin icazəsi tələb olunur. Lakin əməliyyata hazırlıq və onun həyata keçirilməsi gizli qalmalıydı. Ona görə də, hərbi dəniz qüvvələrinin sualtı qayıqlarından və sualtı üzgüçülərindən istifadə etmək qərarına gəliblər.

Minalanacaq ərazilər Norveçin hərbi dənizçiləri ilə birlikdə əvvəlcədən müəyyənləşdirilib. Sualtı üzgüçülər təlim adı ilə, elmi- təhqiqat və peşəkar konstruktor layihəsi əsasında hazırlanmış minaları müəyyən edimiş ərazilərə yerləşdiriblər. Minalar uzaq məsafədən, təyyarədən atılan xüsusi avadanlıqlardan istifadə olunmaqla pult vasitəsilə həyata keçirilib.

Seymur Xeyşin sözlərinə görə, Ağ Evin və MKİ-nin rəhbərlərinin bu partlayışla heç bir əlaqələri olmadıqları ilə bağlı bəyənatları yalandır.

Xatırladırlq ki, ötən ilin 27 sentyabr ayında Baltik dənizinin dibi ilə çəkilən " Şimal axını" və "Şimal axını-2" qaz kəçərlərində partlayış baş vermişdi. Almaniyanln müstəntiqləri bu partlayışda qərb dövətlərindən birinin əli olduğunu düşündüklərini bildirmişdilər. Rusiya tərəfi partlayışın ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən həyata keçirildiyini iddia etsələr də, Birləşmiş Ştatlar bu partlayışda əli olduğunu qətiyyətkə təkzib etmişdi.

 

 

TƏQVİM / ARXİV