ABŞ Konqressi Baydenə qarşı... - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
1149 | 2023-08-28 12:34

Zhe Hill mətbu orqanı bildirir ki, nümayəndələr palatasının bir neçə respublikaçı deputatı, Senatda ABŞ prezidenti Co Baydenin imiçment məsələsi ilə bağlı sentyabr ayında prosedurlara başlamağa hazırlaşırlar. 

"Bizim əlimizdə impiçment üçün kifayət qədər material var"-deyə nümayəndələr palatasının üzvü, Cənubi Korolinadan olan respublikaçı deputat Ralf Norman bəyan edib.

Mətbu orqanın məlumatlarına görə, bəzi respublikaçı deputatlar bəyan ediblər ki, hələ ki,  impiçment məsələsinin qaldırılmasına hazır deyillər. Nebraska ştatından nümayəndələr palatasının üzvü Don Bekonun sözlərinə görə, impiçment prosedurunun aparılması üçün, ciddi cinayət və yaxud qanun pozuntularını  sübut edən  təkzibolunmaz faktlar olmalıdır.

Hələ otən ilin noyabr ayında ABŞ prezidenti Co Bayden, ona qarşı impiçment hazırlanmasını komediya adlandırmışdı. Onun sözlərinə görə, amerikan cımiyyəti istəyir ki, ABŞ administrasiyası " irəliyə getsin və nəticə əldə etsin".

 

TƏQVİM / ARXİV