Cərimələrin artırılması...    

133 | 2024-10-20 12:31

Son vaxtlar  bir çox qanun pozuntusuna görə cərimələr artırılıb.

Məsələn, maşından ətrafa hər hansı əşya atmağa görə 200 manatdan  2000 min manat cərimə nəzərdə tutulub. Bir sözlə, əksər sahələrdə cərimələr yüksəlib. Bu isə hər bir insanın məsuliyyət hissini artırmalıdır. Amma heç də cərimələrin  yüksəlməsi  problemləri həll etmir.

Ümumiyyətlə, cərimələr və inzibati metodlar ona deməyə əsas verir ki,  mövcud problemlər bir o qədər də asanlıqla həll edilməyəcək. Deməli, məsələnin həlli yolu insanların düşüncəsində  dəyişikliyin baş verməsidir.Başqa sözlə demiş olsaq, problemləri inzibati yolla yox, ancaq ictimai şüurda dəyişiklik etməklə  çıxış yolu tapmaq olar!Deməli, bizim hər birimiz öncədən qanunlara əməl etməli,  düşüncəmizdə  dəyişiklik etməliyik!

Emil Faiqoğlu            

TƏQVİM / ARXİV