Toya gəlmişik...

150 | 2024-10-20 17:33

 "MTV" televiziya kanalında efirə gedən  verilişin adı belə adlanır:" Toya gəlmişik".  

Heç bir verilişə bənzəməyən bu çəkiliş pedaqogika üzrə fəlsəfə doktoru , şairə Aynur Qafarlının  təqdimatında  bizə göstərildi. Laçındakı toydan çəkilmiş bu veriliş sözün həqiqi mənasında duzlu- istiotlu idi. Çünki Aynur xanım və yaradıçı  komanda bu verilişin gözəl, unikal alınması üçün ürəklərini qoymuşdular. Sevindirici hal odur ki, onlar bir ailənin sevincini  xalqımızın sevincinə çevirməyi bacarmışdılar.

Biz uzun illər Laçında top, güllə, bomba səsi eşitmişik, amma indi isə  musiqi səsi, toy, insanların sevincini görüb eşidirik.Nə gözəl! Laçında toy eləmək özü bir xoşbəxtlikdir.Və gözəlliyi, bu xoşbəxtliyi yaradıçı heyyət çox yüksək peşəkarlıqla tamaşaçılara çatdıra bilir. Həmin verilışin  ilk dəqiqəsindən  son anına kimi  çox böyük həvəslə izlədim. Və sevindim ki, Aynur Qafarlı istedadlı elm adamı, şairə olmaqla yanaşı, həm də gözəl televiziya aparıcısıdır.

Bu münasibətlə Aynur xanımı təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. Və hər bazar günü  saat 19:00- da" MTV" televiziya kanalında  Aynur Qafarlının təqdimatında bu verilişə baxa biləcəyik!

Emil Faiqoğlu   

TƏQVİM / ARXİV