SON DƏQİQƏ:

MEHRİBAN DÜŞMƏNLƏR…

  72326   |  
Şriftin ölçüsü  

… Bilmirəm, sizin belə «düşmənlərlə» ünsiyyətiniz, dotsluğunuz, yoldaşlığınız olub-yoxsa olmayıb?! Ancaq bir onu bilirəm ki, çoxlarınızın süfrəsinin başında elə-belə «mehriban düşmənlər» əyləşiblər. Əslinə qalanda hamımız onlara qardaş, dost, sirdaş demişik. Demişik ki, onlar bizim ən yaxınımız, doğmamız və can-ciyərimizdi...

Can-ciyər dedim yadıma bir əhvalat düşdü. Çoxdan tanıdığım bir dostumuz həmişə bu can-ciyərindən ağız dolusu danışardı. Deyərdi ki, bizim bircə yatdığımız yer ayrı idi. Yəni səhərdən axşama qədər bir yedrə olardıq, yeyib-içərdik və kef çəkərdik. Hətta ailəmiz də, uşaqlarımız da günlərini bir yerdə keçirərdilər. Nə başınızı ağrıdaq, bu kişilər bir tikə çöyrəyini iki yerə bölərmişlər.

Bütün sirrini, bütün varını-dövlətinin yerini bu dostu bilirmiş. Bir gün elə olur ki, can-ciyəri çox götür-qoy eləyir və onun evdə saxladığı 200 min manat pulu yerli-dibli götürüb aparır. Dostu evə qayıdanda görür ki, lələ uçub yurdu qalıb. Yəni gözünü dikdiyi o pulların heç biri yerində tapılmır. Çoxlarından şübhələnir, çoxlarından ürəyində qara qalır və heç ağlına gəlmir ki, bunun başına açılan oyunu bu can-ciyəri eləyib. İstintaq orqanlarına şübhələndiyi adamların hamısının adını verir. Təbii ki, hüquq-mühafizə orqanları da bu adamları danışdırır, ifadəsini alır və görürlər ki, bu işdən heç bir xəbərləri yoxdur. Hətta onların əl və ayaq izləri də götürülür və heç biri təsdiqini tapmır.

Kişinin səbri bir tikə olur. Həmin vaxt da bu can-ciyəri onun stolunun başında əyləşib özünü elə göstərir ki, dostunun halına yanır, vəziyyətinə acıyır. Necə olursa, müstəntiqlərdən biri həmin adamı da sorğu-suala çəkir. Bu anda kişi imkan vermir ki, istintaqçılar can-ciyərini danışdırsınlar. Deyir ki, bu kişiylə mən 50 ilə yaxındır çörək kəsirəm. Ondan heç vaxt pis şey görməmişəm və razı deyiləm ki, şübhəli şəxs kimi dostluq elədiyim, çörək kəsdiyim adamı istintaqa çəkəsiniz…

Müstəntiq isə dediyindən dönmür, bu can-ciyəri sabahı gün idarəyə dəvət eləyir. Bir-iki «krutoy» sualdan sonra həmin kişinin səsi titrəyir və özünü bir qədər şübhəli aparır. Müstəntiqin yenidən bir-birinin ardınca çaşdırıcı suallarından sonra kişi hər şeyi etiraf edir və elədiyi oğurluğu boynuna alır, pulların da yerini deyir. Deyir ki, həmin pulları bağ evimdə gizlətmişəm, gedəyin göstərim. Ancaq üstündən 10 min manat xərcləmişəm…

Dostu bu xəbəri eşidəndə əvvəl inanmır. Sonra müstəntiq ona bildirir ki, sənin pulların tapılıb və onu da can-ciyərin oğurlayıbmış. Kişi bu xəbəri eşidəndə sevincindən çox dərd onu götürür. Nə təhər əsəbləşirsə ürəyinin ağrısı tutur, onu təcili xəstəxanaya aparırlar, kordioqrama eləyirlər, infarkt olduğu aydınlaşır. Bax, bu da can-ciyərin, 50 ilin dostunun «sədaqəti»…

Bilmirəm, bu cür əhvalatlar sizin başınıza gəlibmi? Amma mənim tanıdığım, gördüyüm və bildiyim neçə-neçə dostun başına bu cür əhvalatlar gəlib. Hətta onların biri evindən külli miqdarda pul oğurlamış qudasının oğlunu bağışlayıb da. Görürsünüz, hələm-hələm oğulun işi deyil ki, ona xəyanət eləyəni, başını pambıqla kəsəni, kürəyinə bıçaq saplayanı bağışlasın. Görün bu adamın ürəyi nə boydadı ki, bu addımı atıb. Bəs görəsən, qohumu bundan nəticə çıxarıbmı və ikinci dəfə ona xəyanət etməyəcəkmi? Bunu isə gələcək göstərəcək. Hər halda, ataların gözəl bir deyimi var: «İtlə dostluq eləsən də, ağacı əlindən yerə qoyma. Çünki o hər an səni tuta bilər».

Bu «mehriban düşmənlər» çoxumuzun süfrəsinin arxasında əyləşirlər. Özümüz də bilmədən ürəyimizin sirrini, qəlbimizin sevincini, gizlin nəyimiz varsa, onlarla bölüşürük. Amma bu o demək deyil ki, elə sürfəmizin arxasında əyləşənlərin hamısı ipiqırıqdı və «çürükdü». O qədər sədaqətli, etibarlı, çətin və ağır gündə bir-birinə arxa-dayaq olan insanlar var ki?! Təbii ki, belələrini barmaqla saymaq olar.

Bir-biriylə dostluq eləyir, uşaqları bir yerdə böyüyür, uzun müddət çörək kəsirlər və hər hansı biri yüksək vəzifəyə qalxanda o dəqiqə o birisi onun paxıllığını çəkir və qeybətini eləyir. Bəzən də əksinə olur. Yuxarıya qalxan o imkanlı adam əvvəlki dostunu, onun ailəsini, uşaqlarını yaddan çıxarır və özünə təzə «dostlar» tapır. Çünki köhnə kimə lazımdır?

Siz heç ona da fikir vermisiniz ki, təzə ev alanda, təzə maşın sürəndə sizinlə qəlbir olan necə rəng alıb rəng verir? Sanki onun evini-eşiyini və maşını almısan. O qədər qaralır ki, çırtma vursan qan çıxar. Çünki paxıllıqdan içini, qəlbini və ən nəhayət varlığını xırt yeyir…

Hamının dostu da var, tanışı da. Amma biz çox vaxt ağır zərbəni düşməndən yox, o dost dediyimiz adamlardan alırıq. Ona görə də belə bir deyim də var: «Allah məni dostlarımdan qorusun, düşmənlərimlə bacararam». Belə çıxır ki, indi çox adama o qədər də bel bağlamaq, arxa çevirmək müşkül məsələdi. Gərək bel bağlayanda, arxa çevirəndə biləsən ki, kimə söykənirsən. Yoxsa gədənin biri sənin imkanlı vaxtından istifadə eləyəcək. Elə ki, ayağın büdrədi, bax onda kürəyinə bıçaq saplayacaq…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-19
2021-10-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 19 16 14 12 09 07 05 02
September: 25 18,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK