SON DƏQİQƏ:

ÖMRÜN MÜDRİKLİK ÇAĞI

  68560   |  
Şriftin ölçüsü  

Allah-Təala hər insana bir ömür və bir tale bəxş edib. Ağıllı və müdrik insanlar Allah-Təalanın verdiyi bu ömrü çox gözəl, çox yaddaqalan və çox da yaxşı yaşayırlar. Yəni onlar ömrünün hər dəqiqəsinin, hər anının qədrini bilir, ötən aylarda və illərdə iz qoymaqla yadda qalırlar. Və bu insanlar həm də ağılları, kamalları, cəmiyyətdə tutduqları mövqeləri ilə digərlərindən seçilməyi bacarırlar. Bu insanlar başqaları tərəfindən sevilməyi də yaddan çıxarmırlar. Çünki onlar hamıya öz sevgisini, məhəbbətini, qayğısını və istəyini göstərə biliblər. Daha doğrusu, sevinclərini, kədərlərini bölüşdükləri kimi, başqalarının da xoş anlarına, kədərli dəqiqələrinə şərik çıxırlar.

Belə gözəl ziyalılardan biri də 30 ildən çox tanıdığım, dostluq elədiyim, çörək kəsdiyim gözəl pedaqoq, istedadlı şair-publisist Səməndər Məmmədovdur. O Səməndər Məmmədov ki, biz onunla Yeni Günəşli yaşayış sahəsindəki 13 nömrəli binada düz 30 ildən çoxdur ki, qonşuluq eləyirik. Daha doğrusu, bu qonşuluq dostluğa, ailəvi mehribanlığa çevrilib. Elə bizim övladlarımız da çox vaxt bir yerdə olublar, böyüyüblər, indi də şükürlər olsun ki, ev-eşik sahibləridir.

Heç yadımdan çıxmır, 2002-ci ilin dekabrın 24-də mənim qızımın «Şəlalə» şadlıq sarayında toyuydu. Həmin toyda Səməndər müəllim və xanımı axıra qədər oturdular və hətta toyu aparan xalq artisti Könül Xasıyeva ilə birlikdə şəkil də çəkdirdilər. Məclisin tamadası Qafar müəllimlə də Səməndər müəllim çoxdan dost imiş. Onunla da bir şəkil çəkidirdi. İndi həmin anları yada salanda bir daha yenidən həyəcanlanıram və Səməndər müəllimin dediyi bir söz yadımdan çıxmır: «Qızının toy qeyri-adi bir toy idi. Çünki ordakı ziyalılar, musiqiçilər və ifaçılar heç vaxt mənim yadımdan çıxmayacaq. Bir qış axşamının soyuğunda biz toyun işığında qızındıq, muğamın, təsniflərin gözəlliyində Allaha bir addım da yaxınlaşdıq».

Bayaq dedim ki, Səməndər müəllim hamının dərdinə, sevincinə şərik olan ziyalıdır. O qonşuluqda elə bir adam olmayıb ki, onun ağır günündə, çətin günündə orda olmasın. Ola bilər hansısa toya getməsin. Amma qonşuluqda bir yas məclisi düşəndə birinci Səməndər müəllimi orda görmüşəm və hamı da Səməndər müəllimi məclislərində görəndə gözlərinə işıq gəlir. Çünki Səməndər Məmmədov elə bir ziyalı, elə bir ağayana insandır ki, onunla bir kəlmə söhbət eləyəndə onun sözünün, söhbətinin nuruna, işığına bələnirsən. Heç istəmirsən ki, bələndiyin nurdan, işıqdan ayrılasan. Mən inanmıram ki, bizim qonşuluqda kimsə Səməndər müəllimdən narazı qalsın. Çünki o, heç kəsin qəlbini qıran, xətirən dəyən bir iş görməyib. Əksinə, yıxılana dayaq olub, sıxıntı içində yaşayana arxa durub.

Onun haqqında Azərbaycanın çox dəyərli və böyük ziyalılar xoş sözlər, yaddaqalan fikirlər söyləyiblər. Xalq şairi, byöük ziyalı rəhmətlik Zəlimxan Yaqub indi istəməsin, Səməndəri çox istəyərdi. Və təsadüfi deyil ki, Səməndər müəllimin 60 illiyinə göndərdiyi yubiley təbrikində yazırdı: «Səməndər Zəlimxanın gəzən kitabxanasıdır. Mən bununla fəxr edirəm. Belə adamların olması cəmiyyətin, xalqın, insanlığın xeyrinədir. İki adamın arasında bir balaca soyuqluq olanda məhz belə adamlara üz tutursan ki, gəl bunları bir yola gətir. Səməndər ağsaqqaldı, ağır oturub batman gələndi, öz yerini biləndi. Ona görə də hər yerdə onun adı çox yüksək səviyyədə çəkilir. Yalandan heç vaxt ad olmaz, yalandan şöhrət olmaz. Varsa, deməli onun kökündə halallıq, halal zəhmət durur, yuxusuz gecələr və ziyalı mədəniyyəti durur. Mən qardaşımı bağrıma basıb öpürəm, həmişə adı uca olsun, eşqi sönməz olsun, Zəlimxan kimi dostları da heç vaxt onun ətrafından əksilməsin!»

Vaxtilə Azərbaycan Dövlət Universitetində oxuyanda Səməndər Məmmədova dərs demiş filologiya elmləri doktoru, professor Şamil Qurbanovun da onun barəsində çox gözəl fikirləri var: «Zəngin şifahi xalq yaradıcılığına, o cümlədən, aşıq ədəbiyyatına qırılmaz bağlılıq, klassik poeziya ənənələrinə bələdlik, çağdaş şeirimizin şöhrətinə sədaqət Səməndər Məmmədovu fərqləndirən xüsusiyyətdir».

Səməndər Məmmədov 1954-cü ilin fevralın 8-də Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1978-ci ildə Lerik rayonunun Vistən kəndində müəllim kimi başlayıb. Sonradan 1982-ci ildə Bakıya gələrək DİN-nin tərbiyə müəssisəsindəki orta məktəbdə müəllim işləyib. 1987-ci ildən 2002-ci ilə qədər həmin məktəbdə direktor vəzifəsini daşıyıb. Onun bacarığını, istedadını və təşkilatçılığını nəzərə alaraq 2002-ci ildə Sabunçu rayonundakı 271 nömrəli tam orta məktəbə direktor təyin ediblər. Və Səməndər müəllim bu kollektivdə də öz istedadını bir daha göstərib, böyük uğurlara və nailiyyətlərə imza atıb.

Onun boya-başa çatdığı Faxralı kəndindən, onun ziyalılarından kimdən soruşsan, bu ağayana ziyalı haqqında ağızdolusu danışar. Heç uzağa getməyək, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və şair-publisist Rəşid Faxralı Səməndər Məmmədovun necə böyük ziyalı, istedad sahibi olduğunu dəfələrlə səsləndirib. Təbii ki, el-obası ilə nəfəs alan, mayası o torpağın havasından, suyundan yoğrulan insana da bax belə sevgi göstəriləcək.

Səməndər Məmmədov gözəl müəllim, bacarıqlı pedaqoq olmaqla yanaşı, həm də istedadlı şair-publisistdir. O, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. «Qızıl qələm», «Abdulla Şaiq», «Araz» ali mükafatlarının laureatı, «Qabaqcıl təhsil işçisi»dir. Onun indiyədək «Faxralı», «Bir durna ayrıldı öz qatarından», «Payız çiçəyi», «Ümid qapısı», «Coşqun çay kimi», «Faxralı tək ağır elim var mənim», «Bir gəncin taleyi alt-üst olursa», «Nur çiləyənlər», «Ləkəsiz bir vicdan, böyük bir ürək», «Pedaqoji düşüncələr», üç cilidlik, «Ağır elsən, Borçalıda adım var», «İşıq ömrü yaşadı…» və «El sevəni aləm sevər» kitabları işıq üzü görüb.

Fevralın 8-də gözəl pedaqoq, şair-publisist Səməndər Məmmədovun 63 yaşı tamam olub. O, ötən illəri çox mənalı və yaddaqalan yaşayıb. 63 yaşdan dönüb geri baxanda Səməndər müəllim həmişə qürur hissi keçirəcək. Çünki ötən illərdə və günlərdə onun pedaqoq və şair-publisist kimi çox böyük izləri qalıb. Səməndər müəllim həm də çox gözəl ailə başçısı, baba, dost, yoldaş və qonşudur. Məhz bu dəyərlər həmişə bu gözəl və ağayana ziyalıya hörmət gətirəcək, övladları və nəvələri onun həyat yoluna baxıb qürur hissi keçirəcək, onunla fəxr edəcəklər…

Faiq QİSMƏTOĞLU

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK