SON DƏQİQƏ:

Məzarıma bir cüt qaloş qoyun - Eminquey yazır

  58047   |  
Şriftin ölçüsü  

Tüpürcəkdən şəfa umdular, qəbirdən şəfa umdular, heykəldən şəfa umdular, indi də qaloş çıxdı. Hə, məlum hadisəni deyirəm. O video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıblar. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

2019-cu il, robot əsri və bir cüt qaloş...

O qardaş qaloşun hesabına bir xeyli qadını əllədi. Bircə bunu dəqiq bilirəm. Hələ bir kadrda kişi qəndi dişləyib qadının ağzına da qoyur. Lap toylarımız yadıma düşdü. Gəlin yediyi tortdan bəyin ağzına uzadır, çəkir, uzadır, çəkir. Sonra hop, tort olur bəyin ağzında. Hələ bəzi bəylərin videosu yayılmışdı, bəy hirslənib gəlinin başına bir qapaz da vurmuşdu. İndi bu kişiyə də bir qadın lazım idi ki, qapazı ilişdirə.

Açığı təəccüblənmədim. Bizim məhəllədə bir qadın var, seyiddir, guya əlində şəfa var, əlləmədiyi adam qalmayıb. Amma yenə başa düşmək olar, əldir də. Bəs, bu qaloş nədir?

Az deyillər axı.

Məsələn, Qafqaz Müsəlmanlar idarəsinin axundu Hacı Surxayın danışdığı video çıxdı rastıma. Deyir, 20 gün 133 dəfə "Ya Əbbas" de, Allah Əbbasın xatirinə arzunu qəbul edəcək.

Mənim də son vaxtlar maşına həvəsim yaranıb. Həm də avtobus, metro yorub məni. İstəyirdim ki, altı-bazar və işdən sonra qalan vaxtımı da başqa işdə işləyim, pul yığıb maşın alım. Hacının bu çıxışını görüb fikrimdən daşındım. İşləməyi neyləyirəm?! Beş gündür ki, hər gün arzumu düşünüb 133 dəfə "Ya Əbbas" deyirəm. Görək nə olur. Nəticəni mütləq açıqlayacam.

Gələk bizim bu kəramətli qaloşa.

Sovet hökümətinin nə böyük kəraməti varmış, lələ?! Bilsəydilər ki, buraxdıqları qaloşda hikmət var, çoxdan bir tədbir görərdilər.

Hələ Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov görün nə deyib:

Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil.

Tutalım qaloş deyil, papaqdır. Lap papaq da deyil, alt paltarıdır, nə dəxli?

Bu məqamda deyiublər də, puluna minnət, lələ!

Bir dostum videoya vaxıb dedi ki, o adamlara baxdım, qorxdum, onlar adamı diri-diri parçalayarlar. Ürəyim xarab oldu, şairliyimə saldım. Vaqif Səmədoğlundan təsirləndim. Dedim, dostum, şairin "Bir cüt ayaqqabı” şeiri yadıma düşdü. Bunlar adamı diri-diri basdırmamışdan qabaq belə bir şeir yazaram:

məzarıma

nə başdaşı qoyun,

nə heykəl.

bir cüt qaloş qoyun,

bir cahil

şəfa tapmaq üçün

başını sürtüb getsin...

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-01
2021-07-31

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK