SON DƏQİQƏ:

Türkiyə səfiri: “Bu gün Azərbaycan və Türkiyənin müstəqilliyinə görə Qafqaz İslam Ordusuna borcluyuq”

  30971   |  
Şriftin ölçüsü  

“Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu tərəfindən Bakının  erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümü ilə bu böyük bayram  Azərbaycana, Türkiyəyə, bütün türk millətinə mübarək olsun”.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib. 

Onun sözlərinə görə, Azərbaycan və Anadolu türkünün yox edilmək istənildiyi bir dönəmdə Osmanlı dövləti ən yaxşı əsgərlərini müxtəlif cəbhələrdən çəkib Azərbaycana göndərib:

“Bu, bizim qardaşlığımız baxımından çox böyük bir tarixi hadisədir. Osmanlı öz varlığını düşündüyü qədər Azərbaycan türkünün də varlığını düşünərək ordu göndərdi. Bu gün bizim iki dövlətimiz müstəqil, qardaş olaraq yaşayırsa, “bir millət, iki dövlətik” deyə biliriksə, biz bunu Qafqaz İslam Ordusuna, Bakının işğaldan azad edilməsinə borcluyuq”.

Səfir qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan olaraq eyni şəkildə bizim əleyhimizə çıxanlara qarşı biz birlikdə daha güclüyük:

“Türkiyə ilə Azərbaycan hər haman bir millət iki dövlətdir və qardaşdır”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK