adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Sentyabr 2020 18:42
71272
GÜNDƏM
A- A+

"Professora qarşı kobud davranış pis təəssürat yaradır" - Qulu Məhərrəmli də etiraz etdi

Bu gün professor Nəsir Əhmədlinin sosial şəbəkədə BDU-ya buraxılmaması ilə bağlı yazdığı status geniş müzakirəyə səbəb olub. Belə ki, müəllim-tələbə heyəti bu addımı pisləyib və professorun BDU-ya buraxılmamasını qınayıblar.

Məsələ ilə bağlı professor Qulu Məhərrəmli də fikir bildirib:

"Professor Nəsir Əhmədliyə qarşı belə kobud davranış çox pis təəssürat yaradır. Əgər belə qayda var idisə, bütün fakültələr və həmin yaş qrupuna aid əməkdaşlar əvvəlcədən xəbərdar olunmalıydı".

Qeyd edək ki, Nəsir Əhmədli "facebook" hesabında bu cümlələri yazmışdı: "2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?

- Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.
Horas Makkoyun "Yorulmuş atları güllələyirlər..." romanı yadıma düşdü".

Rövşən Tahir