SON DƏQİQƏ:

REGİONUN ƏN BÖYÜK TƏHLÜKƏ MƏNBƏYİ

  137785   |  
Şriftin ölçüsü  

Dünyada cərəyan edən prosesləri yaxından izlədikcə onda birmənalı şəkildə qarşıya həqiqət çıxır. Çox təəssüf ki, bu həqiqəti dünyada söz sahibi olanlar, yəni böyük dövlətlər və bütövlükdə dünya ictimaiyyəti görüb qiymətləndirmir. Əksinə, ona müəyyən güzəştlər etmək, dəstək verməklə daha da böyük iştahlara yönəldir. Söhbət təbii ki, Ermənistandan gedir. Onu da həvəsləndirən, ona da qol-qanad verən xristian həmrəyliyi və regionda marağı olan dövlətlərdi. Burada xüsusilə Rusiyanın özəl maraqları öndə dayanır. Baxmayaraq ki, Rusiya regiondakı müharibə ocağını blokadaya almaq, onu söndürmək missiyasını üzərinə götürüb. Yəni ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək öhdəliyi onun, Amerikanın və Fransanın öhdəliyindədir. Çox təəssüf ki, hər üç həmsədr gözləri qarşısında baş verən prosesləri görmək istəmir və yaxud da bilərəkdən bu problemin ömrünü uzadırlar.

Bugünlərdə Azərbaycan prezidenti İlham Əliyev cənablarının yerli telekanallara açıqlaması əslində dünya ictimaiyyətinə, xüsusilə Minsk qrupunun həmsədrlərinə açıq mesaj idi. Bununla, Azərbaycan Prezidenti birmənalı şəkildə vurğulamışdı ki, "Ermənistanın əvvəlki rəhbərləri işğalçılıq əməlləri ilə ölkə əhalisini və regionu qanlı müharibənin girdabına atmışdısa, indiki rəhbərlik də məsuliyyətsiz bəyanatları, sərsəm çıxışları ilə ölkəyə terrorçu və təxribatçı statusu qazandırır".

Bəli, bu bir gerçəkdi. Çünki Ermənistan rəhbərliyinin, xüsusilə Nikol Paşinyanın atdığı addımlar, Qarabağa qeyri-qanuni səfərləri və bu səfərlər zamanı verdiyi bəyanatlar aparılan danışıqlara ciddi zərbə vurur. Əgər fiklirlərimizi faktlara söykəsək onda görərik ki, ötən il öz çıxışlarının birində "Qarabağ Ermənistanındır" - deyən Paşinyan unutdu  ki, onu daha sərt, daha kəskin bəyanat gözləyir. Həmin kəskin cavabı da ona Azərbaycanın Ali Baş Komandanı özünün çıxışıyla, özünün açıqlaması ilə verdi. Azərbaycan Prezidenti vurğuladı ki, "Əgər o, belə  hesab edir ki, Qarabağ Ermənistanındır - halbuki bütün dünya bu cəfəng fikri rədd edir - onda hansı sülh müqaviləsindən söhbət gedə bilər? Yəni bu, siyasi təxribatdır, siyasi əxlaqsızlıqdır!"

Ermənistanın tez-tez təxribatlara əl atması, özü də Qarabağ bölgəsində deyil, Azərbaycanın Ermənistanla həmsərhəd olan Qazax, Tovuz, Gədəbəy istiqamətlərində atəşkəsi pozması, dinc sakinləri, təsərrüfat işləri ilə məşğul olan insanları, hətta həmin insanların əmlaklarını, onlara məxsus  heyvanları atəşə tutması düşmən tərəfin təkcə təxribatı deyil, həm də bu yolla Azərbaycanı müharibəyə çəkmək istəyidi. Bununla düşmən özünün cinayətlərini bir növü paylaşmağa, Azərbaycanı da atəşkəsi və sülh danışıqlarını pozmaqda günahkar etmək istəyir. Elə ona görə də Azərbaycan Prezidenti özünün son çıxışında, xüsusilə BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasında Qoşulmama Hərəkatının sədri İlham Əliyev video formatda vurğulamışdı ki, "Ermənistanın diversiya dəstəsi bu ilin avqust ayının 23-də Azərbaycan hərbçiləri tərəfindən yaxalandı. Dəstənin başçısı tutuldu. Onlar öz məqsədlərini etiraf etdilər. Bu məqsəd isə Azərbaycanın hərbçilər və mülki vətəndaşlara qarşı terror aktlarını gerçəkləşdirmək idi".

Göründüyü kimi, törədilən təxribatların, diversiyaların arxasında Ermənistanın baş nazirinin aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozmaq dayanır. Paşinyanın irəli sürdüyü 7 şərt tərəfimizdən rədd edilmiş və birmənalı şəkildə bildirilmişdi ki, sülh üçün bizim yeganə şərtimiz işğalçı ordunun ərazilərimizdən bütünlüklə çıxarılmasıdı. Elə  bu məqsədlə də Azərbaycan həmsədr dövlətlərə, həmçinin ATƏT-in sədrinə, BMT-nin baş katibinə ünvanladığı müraciətlərində öz mövqeyini qətiyyətlə müdafiə etmişdi. Bu gün də dövlətimiz həmin mövqedə qalmaqdadı. Görünən budur ki, bizim qətiyyətimiz Ermənistanı çıxılmaz və çaşqın duruma salıb.

Yəni bugünkü Ermənistan iqtidarı həm öz xalqı qarşısında, həm də ona dəstək verənlər qarşısında öz öhdəliklərini yerinə yetirə bilmədiklərindən çıxış yolu kimi təbliğatlara əl atmağa çalışır. Amma ermənilər və onların havadarları unudurlar ki, onların cəfəng iddiaları heç kim tərəfindən qəbul edilməyəcək. Yəni Azərbaycan öz bütöv əraziləri çərçivəsində dünyanın 120 dövləti tərəfindən tanınıbdı. Deməli, Nikol Paşinyanın iddia etdiyi  kimi, "Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağla danışıqlar aparmalıdır" fikrini irəli sürməsi aşkar sərsəmlikdir. Dövlətimizə aid əzəli torpaqlarımızda biz hansısa bir qurumla danışıqlar aparmaq fikrinə birmənalı şəkildə rədd cavabı vermişik. Çünki müharibəni başlayan və Qarabağdakı ermənilərə havadarlıq edən Ermənistandır".  Bu fikirlər Dağlıq Qarabağın Azərbaycanlı İcmasına məxsusdur. Həmin fikirlərin davamı olaraq Tural Gəncəliyev onu da bəyan edib ki, "Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək və Ermənistanın özünə görə bic siyasətinə qoşulmaq niyyətində deyil".

Bəli, bu gün Cənubi Qafqaz regionunda sabitlik üçün böyük təhlükə olan Ermənistan açıq-aşkar tutduğu yoldan, cinayətkar əməllərdən əl çəkmir. Təkcə son 2-3 ayda Ermənistanın atəşkəsi pozması, təxribatlara əl atması, Tovuz istiqamətində törətdiyi cinayətlər dediklərimizə konkret sübutdur. Əgər düşmənin Tovuz istiqamətində  atəşkəsi pozaraq dinc sakinləri atəşə tutması, hərbçilərimizin mövqelərini iri çaplı ağır silahlardan istifadə etməklə hərbçilərimizin mövqelərini atəşə tutması bir daha göstərdi ki,  "Qarabağ Ermənistanındır" -deyə sayaqlayan Paşinyan və onun havadarları müharibə istəyirlər. Biz isə düşməni yerində susdurmaqla onlara göstərdik ki, torpaqlarımızı nəinki müdafiə etməyə, hətta işğal altında olan ərazilərimizi azad etməyə qadir ordumuz var. Sadəcə, Azərbaycan məsələnin sülh yolu ilə həll ediləcəyinə üstünlük veribdi. Bu mövqeyi Azərbaycan Prezidenti özünün son çıxışlarında bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. O, vurğuladı ki, "Mən o vaxt da demişəm, bu gün də deyirəm, bizim Ermənistan ərazisində heç bir hərbi hədəfimiz yoxdur. Və əgər istəsəydik, biz Ermənistan ərazisinə keçə bilərdik və buna bizim tam hərbi imkanlarımız var idi. Amma biz bunu etmədik. Çünki bizim hərbi siyasət konsepsiyamızda bu, yoxdur, əgər bizə qarşı ciddi təxribat törədilməsə".

Bəli, düşmən öz təxribatlarını, öz diversiyalarını, terror aktlarını dayandırmasa, biz torpaqlarımızı hərbi güc tətbiq etməklə geri alacağıq. Ali Baş Komandanımızın çıxışından bəlli olan gerçəklik də məhz budur.

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 22, 20, 17, 15, 13, 10, 08, 06, 03, 01,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK