adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 14:30
49455
İDMAN
A- A+

Netfliks bu dəfə də Bekhemə elçi düşdü - 16 milyonluq müqavilə

Netfliks bir-birindən məşhur ulduzlarla müqavilə bağlamağa davam edir. Yüzlərlə film və serialla hər gün yeni bir pilləyə qədəm qoyan Netfliks ABŞ-ın eks-prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama ilə Harry və Megan Markl cütlüyünün ardınca bu dəfə də Bekhem ailəsinə üz tutdu.

Dünyaca məşhur ingilis eks-futbolçu David Bekhemin həyatına fokuslarınan bir proyekt həyata keçirtmək istəyən Netfliks bu çərçivədə addımlarını sürətləndirdi. İngilis mətbuatında yayımlanan iddialara görə, şirkət Bekhem ailəsilə 16 milyon strelinlik müqavilə bağlayıb. 

45 yaşlı Bekhemin mərkəzdə olacağı proyektdə məşhur futbolçunun Mançester Yunayted günlərindən beynəlxaq bir ulduza çevrilməsinə, satın aldığı Miami CF klubundan şəxsi həyatına qədər bir çox detal yer alacaq. Bekhemin bundan əlavə musiqiçiliyinin ardınca moda ikonuna çevrilən həyat yoldaşı Viktoria Bekhem və uşaqların da proyektdə böyük rol oynayacağı bildirilir. 

Qeyd edək ki, kariyerası boyu Mançester Yunayted, Real Madrid, Los Angeles Qalaksi, Milan və PSJ kimi klubların formasını geyinən Bekhem 2013-cü ildə aktiv futbol həyatını bitirib. Bekhemin 450 milyon dollar sərvəti olduğu deyilir.

 

Eminquey