adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Yanvar 2021 11:40
93735
ŞOU-BİZNES
A- A+

"Nizamidən də oxumuşam, kim mənə nə deyə bilər?" - Afət Fərmanqızı

"Bəzi adamlar var, orada-burada mənim adımı çəkir. Afətə deyin ki, "Nizami" ilidir, bir dənə mahnı da Nizaminin əsərlərindən oxusun".
Adalet.az saytı xəbər verir ki, bu sözləri müğənni Afət Fərmanqızı söyləyib:
"Oxumuşam. Yaxında görəcəksiniz. Niyə oxumuram ki? Nizamidən də oxuyaram, Füzulidən də oxuyaram. Kim mənə nə deyə bilər ki? Füzulidən oxudum, kim mənə nə deyə bildi ki? Deyənin də, cavabını verdim".
Qeyd edək ki, bir neçə gün öncə Samir Xəttab Afəti tənqid edərək "facebook" hesabında bu sözləri yazmışdı: "Afətə deyin, "Nizami" ilidir, ən tanınmış əsərini götürüb məhv eləsin".
Rövşən Tahir