adalet.az header logo
  • Bakı 13°C
12 Yanvar 2021 12:23
47196
ŞOU-BİZNES
A- A+

Sürücülük edən Samirə: "Özümə 10 manat qalır"

Karantin başlayandan və toy bazarı bağlandıqdan sonra bir çox məşhurlar özlərinə yeni-yeni peşələr seçdilər. Kimisi çörək bişirib satdı, kimisi gül satdı, kimisi kafe açdı. Meyxanaçı Samirə Yusifqızı isə artıq uzun müddətdir ki, taksi sürücülüyü ilə məşğul olur. O, taksi fəaliyyətindən əldə etdiyi gəlirlə bağlı verilişlərdən birində qonaq olarkən ətraflı məlumat verib:
"Səhər saat 7-nin yarısı evdən çıxıb 12-də evə gəlirəm. Şükür olsun Allaha, şikayət eləməyim. Allaha qurban olum. Yaxşı deyərsən, yaxşı olar. Maşının icarəsini çıxarıram, bir az da yanacağa xərcləyirəm, özümə də qalır. Maşın özümün deyil. Öz maşınımı haçandır, əlimdən alıblar. Maşının aylıq pulunu ödəyə bilmədim, ona görə maşın da getdi. Hazırda sürdüyüm maşını icarəyə götürürəm. Gündəlik 25 manatdır. Belə deyim, 55-60 manat mənim gündəlik çıxarımdır. Ki, bu, mütləq olmalıdır. Ondan başqa da nə işlədim-işlədim. Elə olur, özümə 20-25 manat qalır, elə olur, 10 manat. Min bərəkət. Allah canımıza dəyməsin".
Rövşən Tahir