SON DƏQİQƏ:

Vaqif Bayatlıdan xəbər var

  12000   |  
Şriftin ölçüsü  

“Hər şey düzələndən sonra dostunun maşınıyla Cəbrayıla, ordan da Şuşaya gedəcəklər.”

Bunları Kulis.az-a əslən Cəbrayıldan olan tanınmış şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam xanım deyib. O daha sonra əlavə edib:

“Vaqif müəllim evdədir, heç yerə çıxmır. Karantinə görə onsuz da insanlar çölə az çıxır, Vaqif bəy isə ümumiyyətlə heç iki-üç saatlığa da çıxmır, bütün günü evdə olur. Səhhəti ilə bağlı onu Türkiyəyə yoxlanışa aparmalıydıq, pandemiya və mövcud vəziyyətə görə evdən çıxarmağa qorxuruq. Ona görə, həkimiylə Votsapda əlaqə saxladıq. Həkim dərmanlarının vaxtını uzatdı. İmmuniteti zəifdir deyə ora aparmaq mümkün deyil, eyni dərmanlarla müalicəsi davam edəcək. Gözləyirik bu COVİD-19 bəlası bitsin ki, aparıb yoxlanışdan keçirək, əməliyyatdan sonra vəziyyətinin nə yerdə olduğunu bilək”.

Tamam xanım bildirib ki, şair yaradıcılıqla da məşğul olmağa davam edir:

“Səhhəti imkan verən qədər yaradıcılıqla məşğul olur, yazır, pozur. Mətbuatı izləyir. Telefon zənglərinə də hərdən cavab verir. Jurnalistlərin suallarına da cavab verir. Bir neçə gün əvvəl bir sayta müsahibə də vermişdi. Yəni Allaha şükür, sağlamdı.

Keçən dəfə bir tələbə yoldaşı ilə danışırdı. Onunla böyük qələbəmiz haqqında çoxlu söhbət etdilər, çox həyəcanlandılar. Vaqif bəy vətənpərvər adamdır, ağladı da. Hətta sözləşdilər, hər şey düzələndən sonra dostunun maşınıyla Cəbrayıla, ordan da Şuşaya gedəcəklər. Allah qismət eləsin!”

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK