SON DƏQİQƏ:

Ölümü ilə bağlı müəmmalar çözülməyə başladı - Rəssamın önündə dünyasını dəyişən ABŞ prezidenti

  22645   |  
Şriftin ölçüsü  

1945 –ci il aprelin 12-i cümə axşamı günorta saat  17:45-də CBS radio şəbəkəsi “Səhra Yolu” adlı  növbəti radioserialını efirə verməyə başlayır. Ancaq dörd dəqiqə sonra həmin illərin məhşur radio şərhçisi Con Dalinin səsi eşidilir. O deyir:

– Biz CBS xəbərlər xidmətinin təcili məlumatını vermək üçün programımızı kəsirik. Ağ evin mətbuat xidməti elə indicə xəbər verir ki, prezident Ruzvelt vəfat etmişdir.

Dünya agentlikləri xəbəri bir an içində bütün dünyaya yayırlar. Birinci xəbərdən iki dəqiqə yarım sonra Dali yenidən eifrə çıxır.

– Prezident  beyninə qan sızmasından vəfat etmişdir… Hələik yalnız bu məlumdur ki, prezident Corciya ştatında, Uorm-Springsdə vəfat etmişdir. Son bir neçə gündə o paytaxtda deyildi. Hər həftənin çərşənbə axşamı keçirilən ənənəvi mətbuat konfransı təxirə salınmışdı. Bu sarsıdıcı xəbər  bizim milli siyasətimizə və müharibəyə dərindən təsir göstərəcəkdir.

Sonra Mrs. Elanora Ruzvelt vitse-prezident Trmeni Ağ evə dəvət edib ərinin ölümü barədə məlumat verir.

Kabinet dərhal yığışdırılır. Mrs. Ruzvelt admiral Mark İntayr ilə Vaşinqtondan Uorn-springsə yola düşür. Dəfn mərasimi Ağ evin Şərq salonunda olacaqdı və Prezident “Hyde Park”da dəfn ediləcəkdi…

CBS radiostansiyasının digər şərhçisi Bill Herninin məlumatına görə, Prezidentin portretini çəkdirmək üçün rəssam qarşısında oturaq vəziyyətdə huşunu itirməsi və iki saat sonra ölməsi prezidentin ölümündən dərhal sonra 1945-ci il aprelin 18-də işıq üzü görmüş “Franklin Ruzveltin xatirəsi” kitabından götürülüb. Burada dəfnin alincənab şəkildə və ləyaqətlə keçirildiyi görünür. Ancaq başa düşülməyən bir neçə qəribəliklərə fikir vermək lazımdır.

Kitabı dövlət xadimlərinin, diplomatların, jurnalistlərin, məmurların və hətta sadə adamların nitqləri və fikirləri ilə dolduran tərtibçilər nəyə görəsə gözləri qarşısında Ruzveltin öldüyü rəssamdan heç nə soruşmamış və hətta onun adını da çəkməmişlər. Ölüm haqqında tibbi rəy də çap edilməmişdi.

Ruzveltin şəxsi həkimi admiral Mark İntayrın fikri heç bir yerdə göstərilməsə də, onun ailəsi ölümün səbəbinin aydın olduğunu hesab etdilər. Tabutun açılmasına icazə verməmiş kapitan Paulin və Mrs. Ruzveltin özünün davranışı isə qəribə idi:

Cənazə duası bağlı tabut qarşısında oxunmuşdu.

Bütün bunlar prezidentin həyatının son saatları ilə bağlı hansısa müəmmanın olduğunu ehtimal etməyə bizi məcbur edir. İndi bu sirr bir qədər açılmağa başlayır. Franklin Ruzveltin ölümündən iyirmi il sonra onun həyatdan getməsinə aid bir çox versiyalar ortaya çıxır.

Yalta konfransından sonra, Ruzvelt başda olmaqla, Amerika nümayəndə heyəti Misirə uçur, “Kunsi” ağır kreyseri gözləyirdi. Prezident bu gəminin göyərtəsində 1945-ci il fevralın 12, 13 və 14-də Yaxın Şərq ölkələrinin üç liderini - Misir Kralı Faruku, Efiyopiyanın imperatoru Hayle Selasiyeni və Səudiyyə Ərəbistanının kralı İbn-Səudu qəbul edir.

 

Prezidentin oğlu Elliot öz xatirələrində öz ölkərinin hüdudlarından kənara birinci dəfə - Ruzveltlə görüşmək üçün xüsusi olaraq çıxmış bu məhşur monarxlarla atasının danışıqlarını təsvir edib.

“Səudiyyə Ərəbistanı kralı Amerika hərbi gəmisinə gəldi, gəminin göyərtəsində ona çadır qurulmuşdu. Zahirən sadəlövh görünən kralın incə siyasətçi və sarsılmaz iradəyə malik adam olduğu məlum oldu”.

Ruzveltin özünün etirafına görə, kralla söhbət ona çox az  məmnunluq vermişdi.

Əslində prezident Avropa ölkələrindən qovulmuş  on minlərlə yəhudinin Fələstin ərazisində yerləşdirəyə razılıq verməsinə İbn-Səudu inandırmaq istəyirdi. Ancaq İbn-Səud bu təklifə qəti şəkildə “yox” cavabını verir. O, bildirir ki, Fələstində “yəhudilərdən ibarət olan, təpədən dırnağa qədər silahlanmış, almanlarla vuruşmaq istəməyən, açıq şəkildə ərəblərə qarşı yönəlmiş ordu artıq vardır”. Danışıqların sonrakı gedişatında kral prezidentə guya belə deyib:

“Sizin yəhudilər haqqında iki dünya müharibəsindən sonra ehtimal etməyə başladıqlarınızı, biz ərəblər artıq iki min ildir ki bilirik”.

Ruzvelt bu məlumatlardan heyrətə gəlmişdi. Prezidentin sözlərinə görə, onun Fələstin haqqında İbn-Səuddən beş dəqiqədə öyrəndiyi, bütün əvvəlki həyatı ərzində öyrəndiyindən artıq idi. Bəzi tarixçilərin fikrinə görə, prezident öz həyatını təhlükə altında qoyan bəyanat vermişdi:

“O, İbn-Səuda söz vermişdi ki, ABŞ prezidenti ərəb xalqının əleyhinə olan heç bir hərəkət etməyəcək”.

Prezidentin hansısa gizli şərti pozmasının və təhlükəli yola qədəm qoymasının birinci əlaməti Harri Hopkinsin davranışı olur.  Amerikanın böyük siyonisti Bernard Baruxun tövsiyəsi ilə Ruzveltin özünə köməkçi götürdyü bu adam, on il ərzində prezidentə sədaqət və düzlüklə xidmət edərək, onun ən incə tapşırıqlarını yerinə yetirir.  Bu sədaqətli xidmətin təminatı Hopkinsin dediyi kimi, Ruzveltin “tamamilə-rəsmi,fərdi qaydada öz əqidəsi ilə sionizmə kömək etməyi öhdəsinə götürməsi idi”.

Prezidentin İbn-Səudə verdiyi vədi eşidərkən, Hopkinsin keçirtdiyi sarsıntını təsəvvür etmək mümkün deyil! Danışıqları tərk edərək, o, kreyserdəki kayutuna çəkilmiş və üç gün sonra Əlcəzairdə düşmüş, üçüncü şəxs vasitəsilə Amerikaya başqa yolla gedəcəyi barədə prezidentə xəbər göndərmişdi. Əvvəllər prezidentin kölgəsi olmuş Hopkins onunla əlaqəsini tamamilə kəsmiş və prezidentin ölümünə qədər heç vaxt onunla görüşülməmişdi!

Ancaq Ruzvelt sanki təhlükə hissini itirmiş və öz ölümünə doğru getmişdi. Fevralın 28-də o, Vaşinqtona gəldi. Martın 28-də İbn-Səud ona göndərdiyi məktubunda ABŞ-ın sionistlərə kömək edəcəyi halda, baş verəcək, qarşısı alınması mümkün olmayan təhlükəli nəticələr barədə xəbərdarlığını təsdiq etdi. Ruzvelt aprelin 5-də  İbn-Səuda göndərdiyi cavab məktubu ilə ölüm hökmünü imzaladı. Bu məktubda o, vəd edirdi :

“Amerika hökumətinin başçısı kimi ərəb xalqının əleyhinə yönələ biləcək heç bir hərəkət etməyəcəyəm”. Bir həftə sonra o, artıq sağ deyildi…

“Prezidentin uzun illər davam edən xəsəliyinə baxmayaraq, onun Henri Morgentaunun müşayəti ilə getdiyi Corciya ştatınınn Uorm-Springsdəki mükündə ölümü tamamilə gözlənilməz idi. Betezda hərbi-dəniz  qospitalının tibb doktoru Bryunn adlı birisinin imzaladığı ölüm haqqında şəhadətnamədə ölümün səbəbi olaraq “arterioskleroz” nəticəsində “beyinə qan sızması” göndərilmişdi. Amerikanın həm federal, həm də ştatlarının qanunları gözlənilməz ölüm hallarında-xüsusən əgə söhbət vəzifəli adamlardan gedirsə, hələ prezidenti demirik,-meyitin yarılmasını nəzərdə tutr. Bundan başqa, Amerika ənənələrinə ygun olaraq, vəfat etmiş prezidnetlərin cənazələrini vidalaşmaq üçün tabutda açıq şəkildə qoyurlar. Ruzvelt vəfat etdikdə isə, nə meyit yarıldı, nə də cənazə açıq şəkildə qoyuldu. Prezidentin cənazəsi surğuclanmış tabutda Ruzveltin Nyu-York ştatında Hayd-parkdakı digər mülkünə aparılmış və burada dəfn edilmişdir. Tabutu onu açmağa cəhd edən hər kəsi güllələmək əmri almış silahlı əsgərlər müşayiət edirdi. Dəfndən sonra ,Hayd parkdakı qəbir, ola biləcək mümkün eksqumasiya cəhdinin qarşısını almaq məqsədi ilə, bir neçə ay ərzində silahlı mühafizəçilərlə qorundu”.

Artıq 1948-ci ildə E.Cozefsonun “Franklin D.Ruzveltin müəmmalı ölümü” kitabında prezidentin ölümünü təfsilatı ilə verilmişdi. Həqiqətən sensaiyalı olan bu təfsilat prezidenti əlində saxlayan yaxın ətrafdakıların məlumatları ilə təfərrüatına qədər təsdiq edilirdi. Arterisiklorez barədə diaqnoz prezidentin şəxsi həkimi, Uorm-Sprinqsdə Ruzvelti müşaiyət etməmiş, admiral dokrot Mark İntayr tərfindən təkzib edilirdi: Prezident müntəzəm olaraq müayinəsi beyin arteriyalarının sklerozunun heç bir əlamətini göstərmirdi, həkimin başlıca qayğısı prezidentin ürəyinin vəziyyəti idi…

Cozefsonun fikrincə, prezidentin ətrafında olan adamların (xüsusən Henri Morgentaunun) meyitin yarılmasına və cənazənin vidalaşmaq üçün açıq qoyulmasına iczə verməmələrinin səbəbinə şübhə yoxdur:Uorm-Springsdə olan keşişin məlumatına görə, prezident boynunun ardına açılan atəşlə öldürülüb. Görünür, kəllənin  əks tərəfindən çıxan güllələr onun sifətini eybəcər hala salmışdı. Prezidentin arvadı Eleonora Ruzvelt cənazənin açıq qoulmasını guya “Ruzveltin ailə ənənələrinə uyğun olmaması” ilə izah etmişdir. Prezidentə “ailə ənənələrinin” tətbiq edilməli olmadığını nəzərə almasaq belə, bu fikir həqiqətə uygun deyildir: məsələn, prezidentin anası Sara Delano Rzveltin cənazəsi, oğlunun göstərişi ilə, vidalaşmaq üçün açıq qoyuluşdu. Mrs.Ruzvelt əvvəl dediyini unudaraq, 1958-ci il fevralın 8-də “Saterday Evening Post” jurnalında yazdıqları ilə öz-özünü təkzib edirdi.

Hayd-parkdakı dəfndən sonra, ertəsi gün, onun oğlu Cimminin seyfdən tapdığı prezidentin şəxsi göstərişində deyilirdi ki, öldüyü halda onun cənazəsi Vaşinqtonda Kapitoliye qoyulsun. Onun yazdığı kimi, prezidentin ölümündən sonrasına aid bütün sərəncamların hamısı, yalnız biri istisna olmaqla, dəqiq yerinə yetirilmişdi

Təkcə cənazənin Kapitoliyə açıq qoyulması tapşırığı “müəmmalı şəkildə” yerinə yetirilmişdi. Elenora Ruzvelt ölkəni prezidentin başı üstündən, onun adından idarə edən prezident əhatəsinin başlıca əlaltısı idi.

 

Dilimizə uyğunlaşdıran: Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-03-08
2021-03-07

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
March: 06, 04, 02,
February: 27, 25, 23, 20, 18, 16, 13,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

İşğaldan azad olunmuş torpaqlara qayıtmaq istəyirsinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

- Dünən axşam evdə arvadla davanız nətəhər qurtardı?

- Sən öl, dizin-dizin gəldi qabağıma.

- Ola bilməz!

- Sənə sən öl deyənin özü ölsün, dizin-dizin deyirəm ey, gəldi qabağıma.

- Nə  dedi?

- Dedi ki, çıx çarpayının  altından.

ARXİV

TƏQVİM

FACEBOOK