adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2021 17:32
87401
ŞOU-BİZNES
A- A+

Gəlinləri barədə şok iddialar: “İçkidən imtina edə bilmədin, səhlənkarlığına görə ev yandı”

Özcan Denizin bacısı keçmiş gəlinləri haqqında: “Səhlənkarlığına görə ev yandı”

Özcan Deniz və Feyza Aktan arasında qarşıdurma bitmək bilmir ki, bilmir. Oğulları Kuzeyin qəyyumluğuna dair aralarında razılığa gələ bilməyən Özcan Dəniz və Feyza Aktan məsələsinə Özcanın bacısı Sibel Simerci də qarışdı. Simerci özünün sosial şəbəkə hesabında “Ana olmaq sadəcə uşaq dünyaya gətirməkdirmi? Bəlkə, bilməyənlər nəsə öyrənər” yazaraq izləyicilər üçün sorğu anteki yaratdı.

Bu hərəkəti ilə qardaşı Özcan Dənizi müdafiəyə qalxan Sibel keçmiş gəlinləri barədə şok iddialar səsləndirdi:

  • İçki, qəhvə, siqaretdən imtina edə bilmədin. Bir gecə yuxuya dalıb qaldın. O böyüklükdə evin yarısı səhlənkarlığın səbəbindən yandı. Balaca uşaq ölümlə üz-üzə gəldi.
  • Uşağın saçlarını kimyəvi boyadan istifadə edərək sarı rəng etməyə çalışdın, saçlar narıncı oldu.
  • Uşağın çəkisi yaşıdları ilə müqayisədə çox azdır. Çünki onu biskvit, çipsi, kola, saqqızla böyüdürsən. Ana olmaq sadəcə doğmaqdırmı?

Feyza Aktan deyilən sözlərə səssiz qalmadı. “İnstagram” hesabından aşağıdakı açıqlamanı edən məşhur iddialara dair hüquqi işlər başlatdığını bildirdi:

“Bu günə qədər həm yazılı, həm də vizual mediada hansısa bir açıqlama vermədim. Bacardığım qədər belə şeylərdən qaçdım. Ancaq içində olduğum vəziyyət artıq məni bu açıqlamanı verməyə məcbur etdi. İlk olaraq deyim ki, qarşı tərərfin oğlumla bağlı mənə açdığı bir qəyyumluq davası var. Buna görədir ki, hər bir ana kimi övladımın məndən alınmaması üçün mücadilə edirəm. Kiminsə kariyerası ilə bu günə qədər bir dərdim olmadı. Bu saatdan sonra da olmaz. Amma...

Oğlumun sağlamlığı və inkişafı çox yaxşıdır. Üç ildir, hər ay getdiyim həkim müayinələrindən xəbərdar olsaydılar, belə danışmazdılar. Prosesin bitməsini gözləyirəm. Kiçik bir uşağı ana himayəsindən məhrum etmə həqiqətən qəddarlıqdır və buna sadəcə məni pis vərdişlərə sahib olan bir ana kimi qələmə verməklə əldə etmək olar. Analığımla bağlı günlərdir, atılan böhtanları qəbul etmək çətindir. Bunu sizə izah etməyim isə ondan da çətindir. Bütün böhtanlarla bağlı hüquqi işləri başlatdım. Məndən şübhələndikləri hər şeyi məhkəmədə hakim qarşısında sübut etməyə borcludurlar”.

Qeyd edək ki, Özcan Deniz Feyza Aktay ilə 2018-ci ildə ailə həyatı qurmuş, bu evlilikdən onların Kuzey adlı bir övladı dünyaya gəlmişdir. 1 il yarım evli qalan cütlük 2019-cu ildə ayrılmışdır.

Rövşən Tahir