adalet.az header logo
  • Bakı 18°C
15 Fevral 2021 11:17
29320
ELM VƏ TƏHSİL
A- A+

Bakı, Sumqayıt və Abşeronda əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayı açıqlanıb

Təhsil Nazirliyi Bakı, Sumqayıt və Abşeronda bu gün əyani tədrisə cəlb olunan V-IX sinif şagirdlərinin sayını açıqlayıb.

Nazirlikdən Adalet.az-a verilən məlumata görə, bu gün Bakı üzrə 225 692 nəfər, Sumqayıt üzrə 27 675 nəfər, Abşeron üzrə isə 29 216 nəfər V-IX sinif şagirdi məktəbə gedir.

Sözügedən bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, I-IV siniflərdə həftədə 3 dəfə, V-IX siniflərdə həftədə 2 dəfə olmaqla ənənəvi şəkildə təşkil ediləcək. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə 5 dəfə olmaqla bərpa edilir.

Bu gündən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

Qeyd edək ki, sözügedən bölgələr istisna olmaqla, digər şəhər və rayonlarda 8 fevral tarixindən V-IX siniflərdə ənənəvi tədris forması qismən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə 1 fevral tarixindən qismən davam etdirilir.